Sabiq deputatdan həbs olunan Rasim Məmmədova sərt ittiham: "Mənə dedi ki, şikayət mənasızdır, tapşırıq belədir..."
31-01-2021 [15:17]
Baku Steel Company”nin rəhbəri, iş adamı Rasim Məmmədovun həbsi bir neçə gündür ki, medianın gündəmindən düşmür.
Hələ səlahiyyət sahibi olduğu vaxtlardan qalmaqallarla gündəmə gələn məşhur iş adamı elə o vaxtan adını media manşetlərinin ən başlıca xəbərinə çevirməyi bacarıb. Özünün biznes monopoliyasına aid olan rəqiblərini qeyri-qanuni yollarla sıradan çıxarmağı bacaran Rasim Məmmədov sahibkarlara milyonlarla manat dəyərində ziyan vurması ilə də yadda qalıb.
Mia.az xəbər verir ki, bu şəxsin qanunsuz əməllərindən zərər çəkənlərdən biri, iş adamı Nazim Bəydəmirli KONKRET.az–a açıqlamasında şok faktları üzə çıxarıb.
Bəydəmirlinin sözlərinə görə, Rasim Məmmədovun ölkənin metal monopoliyasını ələ keçirməsi özünün pik həddini təxminən 2012-ci ildə yaşayıb: "Bu adamın qoçu dəstələri 2003-cü ildə təsis edilən və qanuni fəaliyyət göstərən, eyni zamanda 250-yə yaxın insanın çalışdığı “Ataxan Dəmir Sənaye” MMC-yə (Müəssisənin Nizamnamə kapitali 1 milyon yeni manatdan, aktivləri isə həmin vaxt 5 milyon manatdan yuxarı idi və bu barədə audit hesabatı var) daxil olaraq müəssisənin fəaliyyətinin dayandırılmasını tələb ediblər. Mən Rasim Məmmədovun telefon nömrəsini tapdım və ona zəng edərək hansı haqla bu cür addım atdığını soruşdum. Əvəzində isə “Baku Steel”dən başqa heç bir zavod işləməməlidir sözlərini eşitdim. Bu adamın atdığı addımın qeyri-qanuni olduğunu bildirdikdə, “hara şikayət edirsən-et, tapşırıq belədir” cavabı verildi. Həmin gün 20-yə yaxın istehsal müəssisələrinə “Baku Steel”in qoçularının hücum etdiyini öyrəndim”.
Nazim Bəydəmirli deyir ki, ikinci telefon danışığı Rasim Məmmədovun təşəbbüsü ilə baş tutub və o, danışığa çağırılıb: “Mən Rasim Məmmədovla görüşə getmədim. Əvəzində isə müəssisənin digər təsisçisi, o cümlədən direktor Abdulla Əsgərov Rasim Məmmədovla görüşdü. Nəticə belə oldu ki, zavoda baxış keçiriləcək, qiymətləndirmə aparılacaq və müəssisə satın alınacaq. Beləcə zavodun onlara məcburi təhvil verilməsi ilə bağlı danışıqlara başladıq. Bu vaxt ərzində isə bizi işləməyə qoymadılar. Bir neçə aydan sonra 5 milyon manat qiyməti olan bir müəssisəyə 700 min manat pul təklif etdilər. Bununla razılaşmadım və məhkəmələrə üz tutdum. Məhkəmə fəaliyyətimizin qanuni olduğunu tanısa da, dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar qəbul etmədi. Beləcə Rasim Məmmədov müəssisəmə 5 milyon manat ziyan vurdu. Müəssisəmizi məcburi şəkildə bağlatdırdı, işçilərimizə və müəssisənin rəhbərliyinə qarşı fiziki zorakılıq göstərildi”.
Nazim Bəydəmirli Rasim Məmmədovun həbsindən sonra zərərçəkmiş kimi tanınması üçün aidiyyatı instansiyalara müraciət hazırladığını da bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi