11-12-2013 [17:30]
Tanınmış hüquqşünas-tədqiqatçı İlqar Altay öz statusunda prezident Heydər Əliyev barəsində yazıb. Oxucularımızın marağını nəzərə alıb həmin yazını təqdim edirik.
H. Əliyevin vəfatının ildönümü.
Azərbaycanın mərhum sabiq prezidenti Heydər Əliyevin vəfatının ildönümü ərəfəsində onun həyatı, şəxsiyyət və fəaliyyəti barədə müxtəlif KİV-lərdə müxtəıif cür məlumatlar, yazılar dərc edilir. Oxuduqca, dünyanın hər bir tanınmış dovlət rəhbər və xadiminə olan kimi, kəskin fərqli münasibətlərlə rastlaşırsan.
Həqiqətdə, Heydər Əliyev fenomeni o dərəcədə dolgun, geniş, qeyri-bəsitdir ki, onu araşdırıb tam səhvsiz analiz vermək yalnız gələcəkdə, dünyanın hakimi əlahəzrət zamanın köməkliyi ilə mümkündür. Bu cürəti bütövlükdə öncədən üzərinə götürmək istəyən kimsə zaman və məkan tərəfindən qəbul olunmaz, ortalıqda qalar.
Bu mənada, H.Əliyevin şəxsiyyəti, həyat və fəaliyyəti haqqında ifrat tənqidi materiallar dərc etdirən, paylaşan insanlara iradlarımı bildırmək istərdim. Bildirmək istərdim ki, bəzən keçmişə dəyər verməyə bu günün gücü yetmir. Xüsusən də xalqın, millətin, öıkənin tarixini dəyişmiş bir mürəkkəb keçmişə. Bunun gələcəyə, münasib zamana ehtiyacı var.
Bu ərəfədə, həyatın zərurət və ya təsadüfü iləmi, 2003-cü ildə Heydər Əliyevin kritik sağlıq durumunu araşdırmış, bununla əlaqədar Gülhanə (Türkiyə) və Klivlende (ABŞ) səfərlər etmış müstəqil ekspert-tədqiqatçı kimi mənə də nəzərlər yönəlir. Müxtəlif xarici və daxili KİV-lərin, ictimai-siyasi və ya, sıravi insanların mərhum prezident barədə təkidli suallarına tutuluram.
Şəxsi fikirlərim bunlardır. Bütün həyatı, fəaliyyəti və buna verilən dəyərlərə rəğmən Heydər Əliyev öz zamanında, 93-ün yazindakı ən kritik anda Azərbaycana lazım olmuş, lazım olduğu qədər də xeyir gətirmiş tarixi şəxsiyyətdir.
Nəyə əsaslanıram bu qəti fikrimdə? Ən azı onaki, həmin tarixi anda H.Əliyevə olan ən kəskin EHTİYAC- xalqın ona tərəfdar, ya ona neytral təbəqəsi qalsın, həttabaşlıca opponent rəqibi, o zamankı Elçibəy hakimiyyəti-bugünkü ənənəvi ana müxalifət tərəfindən də duyulub. Dərin və obyektiv düşünülsə, Cəbhə hakimiyyətinin həmin ehtiyac duyğusu və ondan yaranan konkret əməli addımları özünün və ölkənsinin xilası üçün yeganə düzgün cıxış yolukimi dəyərləndirilə bilər. Məntiqlə, həmin ehtiyac olmasaydı, heç bir normal ağıllı hakimiyyət sükanını öz xoşu və istəyi ilə tamamilkə əks siyasi qütb liderinə təhvil verməzdi!
Düşünürəm ki, H.Əliyev kimi dolğun tarixi şəxsiyyətlər barədə birmənalı qərəzıi dəyərləndirmə aparmaq, nəticədə ictimaiyyətin mütləq əksər kəsimi tərəfindən bəyənilməyən qeyri-ciddi bəsit durumda qalmaq demək olardı. Necə ki, Ş.Xətai, N.Nərimanov, M. Ə.Rəsulzadə və ya Ə.Elçibəy və s. kimi dövlət xadimlərimiz barəsində.
Bu kiçik yazıma olmuş bir hadisəni bədii-təbii formada əlavə etsəm, bəlkə də yerinə düşər, fikirlərimi gücləndirə bilər. 70-ci illər idi haradasa. Uşaq idik. Yaşlı bir müəllim doğmamiıla "Moskviç”də yol gedirdik. Radioda o zamanın populyarı, dahi sənətkarımız Rəşid Behbudov oxuyurdu. Birdən müəllim arxadan hirsli şəkildə: "Onu söndürün sən Allah! Bu Rəşid də ki, qarışdırıb, bilmirsən muğamat oxuyur, yoxsa estrada?!”. Tez, diksinib söndürdük.İ ndi həmin müəllim ağsaqqalın düz gümrah 95 yaşı var. Həyatın qəribə təsadüfünə baxın ki, bu yaxında birlikdə BMW-də yol gedərkən, FM dalğasında, həmin məkanda yenə Rəşid Behbudovun ifasında həmin mahnı səsləndi. Kişi bir az ağir eşidir. Nədənsə, diqqətini yönəltdi musiqiyə tərəf. Dedi, a bala, ay uşaq bir az səsini qaldırın onun. O kimdi elə, nə gözəl oxuyur?! Oğlum tez qaldırdı səsi. İndi, maşını səs götürüb, məni də gülmək tutub, dayana bilmirəm. Əyilmişəm qulağına tərəf ki, eşitsin: "Ay səni sağ ol, bu həmin Rəşid Behbudovdu da. Yadındadırmı, 40 il qabaq bəyənmirdin, radionu da söndürtdürdün! Nə dəyişib ki?!”... Fikrə getdi. Yaddaşı hədsiz yaxşıdı. Müharibədən qabağı, 20-30-cu illərdəki hadisələri belə detalları ilə xatırlayır.. Qırşığı açıldı, özünü də gülmək tutdu. Demək ki, xatırlayıb. Bilirdim, nəsə bir cavab deməliydi.Oğlanlarım da qulaqları şəkdə cavabı gözləyirdi. Müəllimdi axı, özü də ədəbiyyatçı. "Ay oğul, Rəşid dəyişməyib ee, mahnı da, səs də həminkidi. Maşın fərqi də rol oynamır. Dəyişən bizim başımızdı, həyatımız, zövqümüzdü. Kişini 40-50 ildən sonra başa düşmüşük. Gör, zamanın gücünə, qüdrətinə bax, bir!”.
Bəli, zamanın gücünə bax, bir! Heydər Əliyev kimi qlobal mahiyyətli şəxsiyyətləri əlahəzrət zaman vacib və ehtiyac bilib yetişdirir. Təbii ki, onun ən düzgün qiymətini də zaman verə bilər!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi