İcra başçısı və millət vəkili Şirvan şəhərində görülən abadlıq-yenidənqurma işləri ilə tanış olub - FOTOLAR
30-01-2021 [17:38]
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində 2020-ci ildə Şirvan şəhərində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.
Bu barədə Şirvan Şəhər İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, ölkə rəhbərinin birbaşa göstərişi, diqqət və qayğısı sayəsində ölkəmizi əhatə edən abadlıq işlərinin davamı olaraq magistral və məhəllədaxili yollara asfalt çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması, nümunəvi məhəllələrin, park və yaşıllıqların salınması bunun bariz nümunəsidir.
Bildirilib ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili İltizam Yusifov, İcra Hakimiyyətinin məsul işçiləri, aidiyyatı qurumların nümayəndələri ilə birgə Şirvan şəhər ərazisində aparılan abadlıq, təmir-bərpa və tikinti işləri ilə yerində tanış olub.
Öncə T.Ələkbərov küçəsində piyadalar üçün yeni salınan səkiyə, F.Eynullayev küçəsi 9 saylı binanın qarşısında tikintisi başa çatan yeni məhəlləyə baxış keçirilib, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanılıb. 28 May küçəsi 3, 4, 5 və 7 saylı binaların qarşısında yekunlaşmaq üzrə olan abadlıq işləri ilə yerində tanış olunub, belə ki əraziyə tamet tavalar döşənib, söhbətgahlar qurulub, binalara dam örtüyü vurulub, avtomobillərin saxlanması üçün ərazilər və məhəllədaxili yollar asfaltlanıb.
Sonra millət vəkili və şəhər icra başçısı aidiyyəti qurumların rəhbərləri ilə birlikdə 2021-ci ildə görüləcək abadlıq işləri ilə bağlı ərazilərə baxış keçirib. Bildirilib ki, bu il Bağ evləri yaşayış massivinə, Naxçıvan, Xəqani, N.Nərimanov, Energetik küçələrinə asfalt betion örtüyünün vurulması planlaşdırılır. Çılpaqlı yaşayış massivində, Mahir Mirzəyev küçəsində, Kənd evləri yaşayış massivində asfalt beton örtüyünün vurulması nəzərdə tutulan küçələrə baxış keçirilib və müvafiq tövsiyələr verilib. İcra başçısı İlqar Abbasov bəzi küçələrdə işqılandırma sistemlərinin yeniləri ilə əvəz olunmasına, səkilərin bərpasına, habelə şəhərin müxtəlif ərazilərində yerləşən dalan və ara küçələrinin də asfaltlanmasına dair müvafiq tapşırıqlar verib.
Daha sonra “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması və rahat yaşam şəraitinin yaradılması məqsədi ilə həyata keçirilən “Bizim həyət” layihəsinə uyğun olaraq L.İbrahimov 4, 20 Yanvar 4a saylı binaların qarşısında salınacaq “Abad məhəllə”nin layihəsi ilə tanış olublar. Bu, “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə Bakı şəhərindən sonra ilk olaraq Şirvan şəhərində salınacaq ikinci abad məhəllə olacaq.
Görülən işlərlə tanışlıq zamanı şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və millət vəkili İltizam Yusifov həmin ərazilərdə yaşayan sakinlərlə görüşüb, onların problemlərini dinləyiblər. Sakinləri narahat edən məsələlərin qısa zaman ərzində həllini tapmasi üçün müvafiq tədbirlərin görüləcəyini bildirərək sakinləri əmin ediblər ki, şəhərdə abadlıq-quruculuq işlərinin uğurla davam etdirilməsi üçün lazımi bütün imkanlardan istifadə ediləcəkdir.
Sakinlər bütün dünyanı bürüyən pandemiya vəziyyətinə baxmayaraq, vətəndaşların rahatlığı üçün şəhərdə aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirib, görülən işlərə, əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq dolu ürək sözlərini ifadə ediblər. Səmimi söhbət edən sakinlər bu gün Azərbaycanda vətəndaş amilinin ön planda dayandığını, icra başçısının və millət vəkilinin sakinləri narahat edən məsələlərlə yerində maraqlanmasını vətəndaşlara göstərilən qayğının bariz nümunəsi kimi qeyd ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi