Müdafiə naziri ordu üçün yeni səhra geyim forması sifariş verib

img

11-12-2013 [17:35]


Azərbaycan Silahlı Qüvvələrinin yeni səhra geyim forması hazırlanır.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə «Bakı Tikiş Evi» ASC-nin (BTE) sədri Fədai Rəhimov bildirib.

F. Rəhimovun sözlərinə görə, yeni geyim forması özünün modelinə, yüksək keyfiyyəti və bir sıra özəlliklərinə görə hazırkı analoqlarından fərqlənəcək. Hazırda üzərində işlərin aparıldığı geyim forması Müdafiə Nazirliyi tərəfindən təsdiqləndikdən sonra ordunun istifadəsinə veriləcək.

«Yeni geyim forması Müdafiə Nazirliyinin sifarişi üzrə hazırlanır», - deyə F. Rəhimov bildirib.

BTE rəhbəri bildirib ki, yeni səhra geyimi Türkiyə istehsalı olan parçalardan hazırlanır. Bu geyimlər görünüşcə Türkiyə Silahlı Qüvvələrinin yeni rəqəmsal dizaynlı kamuflyajına bənzəyəcək. Başqa sözlə, müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Nəcməddin Sadıkovun cəbhə bölgəsinə səfər zamanı geydikləri kamuflyajın bənzəri olacaq

Yeni geyimlərin 2014-cü ilin yay mövsümünə keçid zamanı hərbçilərə paylanacağı gözlənilir.

F. Rəhimov bildirib ki, BTE hazırda ordu üçün müxtəlif təyinatlı-multispektral, yağışa davamlı və s. geyimlər, səhra yatağı, çantalar və s. istehsal edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA