Rövnəq Abdullayevin sirli adamının Moskvada hüquq şirkəti də var

img

11-12-2013 [17:33]


Londonda mənzillənmiş "Global Witness” təşkilatının axtardığı və Azərbaycan neftinin dünya bazarında satışını həyata keçirən, hörümçək toruna bənzəyən offşor şəbəkənin başında duran Anar Əliyevlə bağlı daha bir ofşor sirri üzə çıxıb.

Virtualaz.org saytı araşdırıb ki, ARDNŞ prezidenti Rövnəq Abdullayevin dayısı oğlu olduğu deyilən bu müəmmalı şəxsin Moskvada hüquq şirkəti də varmış.

Bu məlumat qərargahı Nyu-Yorkda yerləşən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (İCİJ) bu ilin əvvəllərində açıqladığı offşor sirlərə dair məlumat bazasında yer alır. http://offshoreleaks.icij.org saytında axtarış apararkən Anar Əliyevin adına rast gəlinir: Aliyev N.Anar (Əliyev Anar Nüsrət oğlu).

Həmin şəxs "Moscow Law Agency” adlı şirkətin təsisçisi və direktoru kimi göstərilir. Şirkət 2007-ci ildə qeydiyyatdan keçib. Ünvanı belədir: Moscow Law Agency Zemlyanoy Val, 72 Bldg. 2, "RK-Audit" Moscow 109004 Russia RT BVI.

Şirkətin direktoru kimi A.Əliyevlə yanaşı Fəxrəddin İsmayılov (İsmailov S. Fakhraddin) də göstərilir. "Moscow Law Agency” şirkətinin səhmdarı olaraq isə "Gulf Geofizik FZC” adlı offşor şirkət göstərilib. Bu şirkətin səhmdarı olaraq isə öz növbəsində "Middle East Geophysics Corp.” sirkətdir. Bu hüquq şirkətinin A.Əliyevin Azərbaycan neftinin satışını həyata keçirən dolaşıq offşor şəbəkəsinə hansı bağlılığının olduğu məlum deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA