Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına vəzifə verdi

img

11-12-2013 [14:12]



Mikayıl Cabbarov keçmiş təhsil naziri Misir Mərdanovun yaxın adamı kimi tanınan, keçmiş nazirin köməkçisi funksiyasını yerinə yetirən Afiq Əzizova yeni vəzifə verib.

 A.Əzizov Bakı Şəhəri üzrə Təhsil İdarəsində məktəbdənkənar təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib.

BŞTİ yarandığı müddətdən bəri həmin vəzifəni tutan Qənirə Sultanova isə sektorda böyük məsləhətçi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, A.Əzizov Misir Mərdanova yaxın adam kimi tanınıb. O, hətta keçmiş nazirin 3 cildlik "Azərbaycanın təhsil tarixi” kitabında da buraxılışa məsul olub. 33 yaşlı A.Əzizov Azərbaycan Dövlət Neft Akademiyası, daha sonra isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 

İxtisasca menecmentdir.

AzNews.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA