Onlayn Pedaqoji Şura: geniş müzakirə, analitik təhlil... - FOTO
26-01-2021 [20:31]
Bu gün İmişli rayonunun Əliqulular kənd R.Məmmədov adına tam orta məktəbində “Microsoft Teams” platforması üzərindən onlayn Pedaqoji Şura iclası olub.
İclasın sədri, məktəbin direktoru Səxavət Tağıyev gündəlikdə duran məsələləri elan etdi:.
1. I yarımilin yekunu, II yarımildə qarşıda duran məsələlər. (Məktəbin direktor müavini A. İmranov)
2. Respublika Fənn olimpiadalarına hazırlıq. (Məktəbin direktoru S.Tağıyev)
3. 01 fevral 2021-ci il tarixdən I – IV siniflərdə əyani təhsilə keçidlə bağlı qarşıda duran vəzifələr. (Məktəbin direktoru S.Tağıyev)
Birinci məsələ barədə məktəbin direktor müavini Atamoğlan İmranov geniş arayış verdi. Qeyd etdi ki, məktəb üzrə hazırlıq qrupu ilə birlikdə təhsilə 261 nəfər şagird cəlb olunmuşdur.
Uşaqlar mövcud qaydalara uyğun olaraq distant (məsafədən) dərslərə cəlb olunmuş və teledərslərin imkanlarından istifadə etmişlər. I yarımildə Təhsil Nazirliyi Kollegiyasının 2021-ci il 18 yanvar tarixli KQ – 01 nömrəli qərarı ilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”na uyğun olaraq şagirdlərin 84,7 faizi, yəni qiymətləndirmədə iştirak etmək hüququ olan 217 nəfər şagirddən 184 nəfəri məktəbdaxili qiymətləndirməyə cəlb olunmuşdur. Siniflər üzrə 33 şagird internetə çıxış olmamaq səbəbindən qiymətləndirmədə iştirak etməmişlər. Direktor müavini həmin şagirdlərin bir ay müddətində əyani formada summativ qiymətləndirməyə cəlb olunmsı üçün sinif rəhbərlərinin məsuliyyətini onların nəzərinə çatdırdı. Arayışda I yarımildə yol verilmiş nöqsan və çatışmazlıqlar göstərildi, II yarımildə qarşıda duran vəzifələr aydınlaşdı.
Müzakirə zamanı summativ qiymətləndirmədə iştirak edən şagirdlərdən 21,7 faizi (yəni 40 nəfər şagird) əlaçı olduğu göstərildi. Ümumi keyfiyyətin 51 faiz təşkil etdiyi qeyd olundu.
I yarımilin yekunu, II yarımildə qarşıda duran vəzifələrin müzakirəsində “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil Nazirinin 10.09.2020-ci il tarixli F-420 nömrəli əmrinin məktəbin fəaliyyətinin əsasını təşkil etdiyi və “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” TN-nın 16.11.2020-ci il tarixli F-512 nömrəli əmrinə uyğun olaraq Qarabağ Zəfərinin şagirdlərə geniş şəkildə çatdırılması öz əksini tapdı.
İkinci məsələ - Respublika fənn olimpiadalarına hazırlıqla bağlı məktəbin direktoru Səxavət Tağıyev qarşıda duran vəzifələri qeyd etdi. Olimpiadaların rayon mərhələsində iştirak edəcək şagirdlər barədə 3 gün müddətində TŞ-ya arayış veriləcəyi göstərildi. Olimpiada və bilik yarışlarının məktəb həyatında əhəmiyyəti vürğulandı. Belə tədbirlər müəllim əməyinin son nəticəsi kimi dəyərləndirildi. Xüsusi karantin rejimində ixtisas müəllimlərinin “Olimpiadalara hazırlıq mərkəzi”nin işini onlayn qura bilmədikləri də göstərildi.
Üçüncü məsələ - 01 fevral 2021-ci il tarixdə I – IV siniflərdə əyani təhsilə keçidlə bağlı da məktəbin direktoru S.Tağıyev arayış verdi. Mövcud qaydalar izah olundu, xüsusi karantin rejimində tədris prosesinin əyani təşkilinin əsas istiqamətlərindən söhbət getdi.
Hər üç məsələ barədə Şura üzvləri təkliflər verdi. Məktəb rəhbərlərinin arayışları və Şura üzvlərinin təklifləri nəzərə alınmaqla müzakirə olunan hər üç məsələ barədə müvafiq qərarlar qəbul olundu.
Pedaqoji Şuranın işində İmişli RTŞ-nın aparıcı məsləhətçisi Atakişi Məhərrəmli iştirak etdi və öz tövsiyyələrini verdi.
Asim Hüseynli,
Məktəbin müəllimi
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi