Rabitə Nazirliyində sirli kadr dəyişikliyi, nazir müavinin qardaşı rəis oldu – Təyinatlar (Özəl)

img

10-12-2013 [17:29]


 Rabitə İnformasiya Texnologiyaları Nazirliyində gözlənilməz kadr dəyişikliyi baş verib. Belə ki, Xətai Telefon Qovşağının rəisi Əhməd Mehdiyev qəfil nazirliyə çağrılıb ondan ərizəsini yazmaq tələb olunub. Yəni Əhməd Mehdiyevin işdən azad olunması haqda yayılan xəbərlərin əksinə olaraq, onu hər hansı bir qanunsuzluğa görə işdən azad etməyiblər. Sadəcə, ona "belə məsləhətdir” deyilib.

 Bu sözləri mia.az-a nazirliyin adının çəkilməsini istəməyən əməkdaşlarından biri deyib. Onun sözlərinə görə, Əhməd Mehdiyevin yerinə Poçtdaşıma Mərkəzinin rəisi Nazim Əliyev təyin olunub: «Daha bir maraqlı təyinat isə Poçtdaşıma Mərkəzində aparılıb. Ötən il rəhbərlik etdiyi Yasamal poçt filialında iri məbləğdə yeyinti faktına görə vəzifəsindən azad edilən Fikrət Vəliyev həmin mərkəzin rəisi təyin olunub».

 Xatırladaq ki, Fikrət Vəliyev mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müavini Ədalət Vəliyevin qardaşıdır. O, ötən il Abşeron poçt filialının rəisi ilə birgə işdə yol verdikləri nöqsanlarla bağlı Yasamal Poçt Filialının rəisi vəzifəsindən azad olunsa da, az sonra Poçtdaşıma Mərkəzinə rəis müavini təyin olunmuşdu. 

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA