Müdafiə Nazirliyindən "vurulma" xəbərlərinə reaksiya: “...işdən çıxarılmayıb”

img

10-12-2013 [16:50]


Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsində Eldar Sabiroğludur və o işdən çıxarılmayıb”.

Bu haqda Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, hazırda o məzuniyyətdə olduğu üçün iş başında deyil, məzuniyyəti bitdikdən sonra işinə qayıdacaq.


"Nazirliyin mətbuat xidmətinin rəis müavini vəzifəsi isə boşdur və bura hələlik təyinat olmayıb”.

Yeri gəlmişkən, E.Sabiroğlu AzNews.az-a bildirib ki, bu gün onun məzuniyyət müddəti bitir və artıq sabahdan işinin icrasına başlayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə general-polkovnik Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra nazirlikdə bir sıra islahatlar aparılmışdı. Aparalan islahatlar nəticəsində Teymur Abdullayev mətbuat xidmətinin rəis müavini vəzifəsindən uzaqlaşdırılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA