Prokurorluq ƏƏSMN-in cinayətə yol verən 4 vəzifəli şəxsi barədə açıqlama yaydı
22-01-2021 [11:19]
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz hərəkətləri ifşa olunub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, sosial təminat sahəsində vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hallara qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilməkdədir.
Belə tədbirlərin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə daxil olan materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılan istintaqla müəyyən edilib ki, DSMF-nin Qusar rayon şöbəsində vəfat etmiş və digər səbəblərə görə kart hesabları bağlanılmamış pensiyaçıların, habelə, əvvəlki dövrlərdə ailə başçısını itirmə növünə görə təyin olunan pensiya işləri üzrə ödəniş müddəti bitmiş vətəndaşların, eləcə də yaşlı və xəstə olmaları səbəbindən pensiyalarını bankomat vasitəsi ilə nağdlaşdıra bilməyən cəmi 47 vətəndaşın plastik kartlarına əsassız olaraq ümumilikdə 480 min manat pul vəsaiti köçürülərək ələ keçirilib.
Toplanmış sübutlarla cinayət hadisəsinin baş verdiyi dövrdə DSMF-nin Qusar rayon şöbəsinin müdirləri işləmiş Arif Tahirov və Azər Cəbrayılov, həmin şöbənin Mühasibat uçotu sektorunun müdiri vəzifəsində işləmiş Mətanət Əhmədova, habelə Qusar rayonu, Gündüzqala Poçt şöbəsinin müdiri vəzifəsində işləmiş Nasir Abdullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaq zamanı vurulmuş ziyanın 268 min manat məbləğində olan hissəsinin ödənilməsi təmin edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi