YAP Siyasi Şurasının üzvü: "İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq"
21-01-2021 [19:19]
“44 gün davam edən, amma bütün tarixboyu danışılacaq Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra artıq ölkəmizin həyatında yeni mərhələ-quruculuq, inkişaf, işğaldan azad edilmiş torpaqlarımızın bərpası dövrü başlayır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev istər Vətən müharibəsi dövründə cəbhədən gələn qələbə xəbərlərini xalqa çatdırarkən, istər xarici mətbuata müsahibələrində, istər Azərbaycanın hərbi-siyasi Qələbəsinin təsdiqi olan 10 noyabr üçtərəfli razılaşmasından sonra, istərsə də Zəfər sevincini bölüşmək üçün işğaldan azad edilmiş şəhər və kəndlərimizə səfərləri zamanı bu əminliyi ifadə etmişdir ki, Qarabağ bölgəsində cənnət yaradacağıq. Xalqımız buna layiqdir. Böyük qayıdış proqramı hazırlanır. Tezliklə Azərbaycan xalqı və bütün dünya işğaldan azad olunmuş, dirçəldilmiş şəhərlərimizi, kəndlərimizi görəcək, xarici qonaqlar bu ərazilərimizi ziyarət etməyə maraq göstərəcək, bir sözlə, inkişaf modeli daim dünyaya nümunə olan Azərbaycanın həyatında yeni mərhələ başlayacaq. Dağlıq Qarabağ münaqişəsi geridə qalmaqla Azərbaycanın yeni iqtisadi və sosial inkişaf konsepsiyasının hazırlanmasını və uğurlu icrasını şərtləndirdi.»
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün şəhərlərin, kəndlərin bərpası vahid konsepsiya əsasında həyata keçiriləcək: «Azərbaycanın hər bir bölgəsi kimi, işğaldan azad edilmiş ərazilərimiz də zəngin potensiala malikdir. Dövlətimiz tərəfindən həyata keçiriləcək tədbirlər, həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlər isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələlərini özündə ehtiva edir. Hər bir bölgəmizin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqlarına, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq onların ixtisaslaşması nəzərdə tutulub. Azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kimi aqrar sektor, kənd təsərrüfatı məhsullarının emalı və turizm sahələri müəyyənləşdirilib. Məlumdur ki, Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. İşin təşkilini təmin etmək məqsədilə Əlaqələndirmə Qərargahı nəzdində idarələrarası mərkəz, mərkəzin nəzdində 16 işçi qrupu formalaşdırılıb. İşçi qruplarında 55 dövlət qurumunun nümayəndəsi iştirak edir. Bütün işlər planlı və kompleks yanaşma əsasında həyata keçirilir.»
Baş redaktor vurğulayıb ki, 30 ilə yaxın müddətdə işğal altında qalan bu torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliyin, vandalizm aktlarının miqyası ölçüyəgəlməzdir: «Yaşayış binaları, tarixi və dini abidələrimiz dağıdılmış, infrastruktur tamamilə yerlə-yeksan edilmiş, hətta 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər, Laçın, Ağdam rayonları boşaldılan zaman ermənilər evləri, ağacları yandıraraq ekoloji terror aktları törətmişlər. Dövlətimizin başçısı İlham Əliyev bugünlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən bir daha diqqəti ermənilərin işğal edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklərə yönəldərək bildirmişdir ki, indi bütün dünya işğalçıların törətdiyi dağıntıları görür. Bəşər tarixində dünyada müharibələr və dağıntılar çox olub, lakin XX əsrdə belə barbarlıq, vandalizm və dağıntılar, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib. Bu, mədəni soyqırımıdır və buna heç cür haqq qazandırmaq olmaz. Möhtərəm Prezidentimiz bu mühüm məqamı da qeyd etmişdir ki, azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrimizə ümid edirik. Ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb ediləcək. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında müharibə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyənlər vardır. Bu mövzu Türk Şurası çərçivəsində müzakirə edilərək gələcək üçün planlar hazırlanacaq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan torpaqlarının azad edilməsinin, sadəcə, Azərbaycanın deyil, bütün türk dünyasının böyük zəfəri olduğunu önə çəkərək quruculuq və bərpa işlərində fəal iştirak edəcəklərini böyük qürur hissi ilə vurğulamışdır. Bu məqam xüsusi qeyd edilmişdir ki, bu torpaqlar heç vaxt sahibsiz olmayıb, bu torpaqların həqiqi sahibləri var, onlar bu torpaqları özlərinə qaytardılar. Tezliklə bu torpaqlar bərpa ediləcək, onların əvvəlki şöhrəti, zəngin siması özlərinə qayıdacaq.»
Baş redaktor diqqəti dövlətimizin başçısı İlham Əliyevin 19 yanvar 2020-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərmanına yönəldərək bildirib ki, sənədin imzalanmasında əsas məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır: “Qeyd etdiyimiz kimi, şəhər və rayonlarımız işğaldan azad edildiyi gündən bərpa işlərinə start verilib. Hər bir bölgənin inkişafında yol infrastrukturu əhəmiyyətli rol oynadığından ilk diqqət göstərilən məsələ məhz budur. İşğaldan azad edilmiş torpaqlarda görülən işlər, müxtəlif dövlət qurumlarının fəaliyyətə başlaması idarəetmənin səmərəliliyinin artırılmasının Qayıdış proqramının uğurlu icrasında və nəzərdə tutulan vaxtda başa çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini təsdiqləyir. Ölkəmizdə son illərdə həyata keçirilən islahatların əsasında da məhz idarəetmə sisteminin təkmilləşdirilməsi fonunda qısa müddətdə hədəflərin gerçəkləşməsinə nail olmaq dayanır. Azərbaycan xalqı, xüsusilə doğma yurd-yuvalarına qayıtmağı səbirsizliklə gözləyən soydaşlarımız bu sevinci də tezliklə yaşayacaqlarına əmindirlər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi