ŞƏHİD SABİR (Esse)
21-01-2021 [16:47]
Şahnaz Şahin
***
Hər yer doğma olmur adama, boş yerə “ölməyə Vətən yaxşı “ deyə bayatı çəkməyib ki, ulularımız, qanla suvarılır torpaq, canlar əkilir ona və günlərin bir günü quru torpaq dönüb olur Vətən! Doğmalaşırsan, bir parçana çevrilir sənin, o ağrıyanda sən də ağrıyırsan, kimsə əl uzadanda əlini kəsməyə hazır olur adam... Bəs necə, axı o Vətəndi!..
Elə İkinci Qarabağ savaşında mərdliklə döyüşüb şəhid olan İsmayılov Sabir Ədalət oğlu kimi... O, 1998-ci il oktyabr ayının 16-da Sabirabad şəhərində dünyaya gəlmişdi, dörd bacının yeganə qardaşı, evin tək oğlu idi. M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbi bitirib 2017-ci ildə sevdiyi vətəninə əsgəri borcunu yerinə yetirməyə yollanmışdı. Xidmətini Tərtər rayonunun “N”saylı hərbi hissəsində yerinə yetirirdi. Elə ilk günlərdən özünü göstərə bilmişdi, xidmətdə olduğu beşinci ayda əsgər məntəqəsində keşikdə olarkən sərhəddi keçməyə cəhd edən erməni maşınını vurmuş və bu igidliyinə görə də xidmət etdiyi hərbi hissə tərəfindən saat və əsgər kəməri ilə mükafatlandırılmışdı...
2018-ci ilin yayında əsgəri xidmətini başa vurub evə qayıdan Sabir bir müddət sonra hərbidə xidmət etmək qərarına gəlir. Doğma Qarabağın əsirlikdə qalması fikri başqa gənclərimiz kimi onu da rahat buraxmırdı. Bu həm də ata babasının əslən Zəngilandan olması ilə, yəni kökdən gələn doğmalıqla bağlı idi, necə deyərlər, torpaq çəkirdi!..
27 sentyabr 2020-ci ildə Vətən savaşı başlanan gün Hərbi Komissarlıqdan çağırış vərəqəsi gələndə Sabirin sevincinin həddi-hüdudu yox idi. General Polad Həşimovun şəhid olması hamı kimi onun da qəlbini düşmənə sonsuz nifrət hissi ilə doldurmuşdu, cəbhəyə getmək, düşməndən torpaqlarımızı azad etmək onun arzusu idi və bu arzu gerçəkləşirdi...
Anası Təranə xanım söyləyir ki, uçmağa qanadı yox idi bircə, bizim hamımızla halallaşıb yola düşdü. Dedi ki, düşmənlərdən qisasımı alacağam və geri ya qazi kimi ya da şəhid olub qayıdacağam...
Demə ocağının bir dənəsiyəm,
Mən zəfər nəğməsi, haqqın səsiyəm.
Geri qalib kimi bil, dönəsiyəm,
Kövrələ-kövrələ baxma oğluna-
Arxamca bir ovuc su səp, ay ana! (Ş.Ş)
Döyüşlərə Qubadlı istiqamətindən başlayan əsgərimiz minomyotçu kimi xidmət göstərib. Qorxu-hürkü bilmədən girib döyüşlərə, Qubadlı uğrunda gedən ağır döyüşlərin birində (08 oktyabr 2020-ci ildə ) vətənə borcunu yerinə yetirərkən ağır yaralanaraq şəhidlik məqamına
yüksəlmişdir... Hərbi qulluqçu İsmayılov Sabir Ədalət oğlu “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur(ölümündən sonra).
Ailə üzvləri ilə baş-başayam... Adini daşıdığı babası Sabir, nənəsi Rəna xanım, bacısı Sürəyya onun haqqında keçmiş zamanda danışmaq istəmir. Sabir yaxşı oğlan idi-deyir babası, bu məhəllədə hamı onu sevirdi. Gülərüz, mehriban idi, evimizin ab-havası onunla təzələnirdi və elə indi də elədir... Biz onun yoxluğuna inanmırıq, axı şəhidlər ölmür...
Nənəsi Rəna xanım isə elə ilk dəfə məni görəndə bir qoşa dəftər vərəqini gətirib:
-“Bunu özüm yazmışam, onun üçün, Sabirim üçün..,”-deyib göz yaşlarına sahib çıxa bilmədi.., “Baxın, imkan olsa bunu da verərsiniz yazınızın içində”.
...Sən bu evin tək oğlu,
Arxa, dayağı idin.
Amma Qarabağıma,
Dayaq durmaq istədin..
Dedin: Vətən dardadır
Tükəndi zaman, səbir-
Elimin igid oğlu,
Şəhid övladı Sabir...
Bir evin işığını
Söndürdü mənfur düşmən.
Bir elin azadlığı
Yarandı bu zülmətdən.
Azad oldu Qarabağ,
Dalğalandı bayraqlar
Eldə, obada bir-bir.
Elin qəhrəman oğlu
Vətən şəhidi Sabir...(Rəna nənəsi)
Torpaqlarımızn əsirliyinə dözə bilməyən, müharibəyə uzaqdan tamaşa etməyi özünə yaraşdırmayan Sabir indi Şəhidlər Xiyabanında bir parça vətənə çevrilib özü də. İndi həmin məzar hamı üçün, elə yeni nəsil gənclər üçün də ziyarətgahdır. Rahat yat, əsgərim, qanın yerdə qalmadı, sənin yarımçıq qalan arzunu mərd Azərbaycan Ordusunun əsgərləri sona çatdırdılar. Indi Qarabağ Azərbaycandır!
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi