ADA Universiteti ilə DOST Agentliyi arasında Anlaşma memorandumu imzalanıb
21-01-2021 [13:42]
21 yanvar 2021-ci il tarixində ADA Universiteti ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (“DOST” Agentliyi) arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.
Mia.az xəbər verir ki, sənədi ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə və Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov imzalayıblar.
Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətində razılığa gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını və digər oxşar məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.
Birgə əməkdaşlıq platformasının hazırlanması, dövlət xidmətləri sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması ilə bağlı maddələr də Memorandumda əksini tapmışdır.
Razılaşma çərçivəsində ADA-nın bakalavr və magistr tələbələrinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakı, fərqlənən tələbələrin Agentliyin işə qəbul prosesinə cəlb olunması təmin ediləcək. Bununla yanaşı, Agentliyin müvafiq əməkdaşları da Universitetin tədris-innovasiya infrastrukturundan yararlanacaq, könüllüləri isə ADA-da gənclər üçün təşkil edilən təlim proqramlarında iştirak edəcəklər.
Bu gün keçirilən imzalanma mərasimində ADA Universitetinin işğaldan azad edilmiş ərazilərdə sosial layihələr və yeni proqramlar həyata keçirəcəyini vurğulayan Fariz İsmayılzadə bildirib: "Ölkəmizdə islahatların həyata keçirilməsində fərqlənən qurumlar sırasında olan "DOST" Agentliyi ilə imzaladığımız Memorandumun faydalı olacağına ümidvarıq".
Yaxın gələcəkdə "DOST" mərkəzlərinin sayının artırılacağını nəzərə çatdıran Fərid Məmmədov bildirib: "İşğaldan azad edilmiş ərazilərimizdə "DOST Qarabağ proqramı" çərçivəsində fəaliyyətə başlayacaq "DOST" mərkəzləri vasitəsilə vətəndaşlara xidmət göstəriləcək"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi