Bakının 3 rayonuna içməli suyun verilməsində fasilələr yaranacaq

img

10-12-2013 [11:23]


Bu gün Bakının bir neçə rayonuna içməli suyun verilişində fasilələr olacaq.

"Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Kür-Bakı su kəmərinin (1200 mm diametrli) Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədar gün ərzində Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaqdır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abunəçilərdən üzr istəyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA