Spiker, vitse-spikerlər, deputat və köməkçilərin maaşı qalxır - Siyahı

img

10-12-2013 [11:51]


Milli Məclis (MM) deputatlarının maaşı qaldırılır. 

Mia.az Femida.az-a istinadən xəbər verir ki, parlamentin növbəti iclasında "Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik ediləcək. Maaş artımına əsasən, MM-in sədri Oktay Əsədov 2250 manat (indiyədək 1950 manat olub), sədrin I müavini 2025 manat (indiyədək 1755 manat olub), Milli Məclis sədrinin müavini 1912,5 manat (indiyədək 1650 manat), Milli Məclisin komitə sədri 1800 manat (indiyədəkj 1560 manat olub), sıravi deputat isə 1575 manat (indiyədək 1365 manat olub) maaş alacaq.

Layihə MM-in dekabrın 17-də keçirilən iclasında müzakirə olunacaq və yeni maaş bu il dekabrın 1-dən hesablanacaq.

Qeyd edək ki, Milli Məclisin deputatlarının maaşı təxminən 15 faizə qədər artıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA