Mikayıl Cabbarov icra başçısının bacısını işdən çıxardı

img

10-12-2013 [11:50]


Təhsil naziri Mikayıl Cabbarov BŞTİ-nin Ümumtəhsil şöbəsinin əməkdaşı Simuzər Əliyevanı işdən azad edib.

MIA AzNews.az saytına istinadən xəbər verir ki, uzun müddət Xətai rayon təhsil şöbəsində yüksək vəzifələrdə işləyən, BŞTİ yarandıqdan sonra isə qurumda fəaliyyətə başlayan S.Əliyeva sabiq kənd təsərrüfartı naziri, hazırda Kürdəmirin icra hakimiyyətinin başçısı olan İrşad Əliyevin bacısıdır.


S. Əliyeva BŞTİ-də Səbael rayon məktəbləri üzrə əlaqələndirici vəzifəsini daşıyıb. Ancaq yeni nazirin tapşırığı ilə idarədə "təmizləmə” işləri aparılarkən şöbənin bir neçə əməkdaşı kimi icra başçısının bacısı da vəzifədən kənarlaşdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA