İcra başçısının köməkçisi danışdı: "Zakir müəllim iş başındadır"

img

09-12-2013 [22:54]


Bakı meri gətirilməsinə rəsmi münasibətAbşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun köməkçisi Fuad Xəlilov icra başçısının Bakı şəhərinə mer vəzifəsinə gətiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


F.Xəlilov Publika.Az-a açıqlamasında deyib ki, yayılan məlumatların heç bir əsası yoxdur: "Yazılan məlumatlar tamamilə yalan və cəfəngiyatdır. Hazırda Zakir müəllim Abşeronda iş başındadır, o heç yerə getməyib”.


Xatırladaq ki, bir sıra mətbu orqanlarda Bakı meri Hacıbala Abutalıbovun işdən çıxarılacağı barədə xəbərlər yayılıb. Hətta, onun yerinə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun gətiriləcəyi deyilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA