Deputat Bülbülün nəvəsini işdən çıxardı

img

09-12-2013 [14:54]


Filologiya elmləri doktoru, Azərbaycan Dövlət Dillər Universitetinin professoru Nigar Vəliyeva kafedra müdiri vəzifəsindən çıxarılıb.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, N.Vəliyeva 6 ay öncə universitetin İngilis dili tarixi və fonetika kafedrasına müdir təyin edilib.

Bu gün isə o kafedra müdiri vəzifəsindən çıxarılıb. N.Vəliyevanın hansı səbəblərlə vəzifəsindən azad edildiyi bildirilməyib.

Buna baxmayaraq, Nigar Vəliyevanın universitetdə müəllim kimi hələ də çalışdığı qeyd edilib.

Xatırladaq ki, N.Vəliyeva məşhur müğənni Bülbülün nəvəsi, xalq rəssamı İbrahim Zeynalovun bacısı qızı, xalq artisti Polad Bülbüloğlunun qardaşı qızıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA