09-12-2013 [12:24]
Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimova ilə atasının rejimi arasında münasibətlər dünyanın diqqət mərkəzindədir.
Bu Orta Asiya respublikasında hökm sürən avtoritar rejimə başçılıq edən Kərimovlar ailəsində oktyabr ayından etibarən baş verənləri bütün təfərrüatları ilə qələmə almış özbək politoloqu Usman Haqnazarov növbəti sensasion yazı ilə çıxış edib.
Mühacirətdəki Özbəkistan Xalq Hərəkatının saytında dərc edilən yazıda bildirilir ki, prezident İslam Kərimovun qızı noyabrın 26-dan etibarən Milli Təhlükəsizlik Xidmətinin (MTX) zirzəmisində müstəntiqlərə ifadə verir.
Virtualaz.orgsaytı U.Haqnazarovun Kərimovlar ailəsində yaşanan dram barədə bundan əvvəlki iki məqaləsinin tərcüməsini oxuculara çatdırıb (linklər).
İndi isə onun üçüncü yazısının tərcüməsini üslubuna toxunmaqdan təqdim edirik.
(Qeyd: əslində bu adda adamın mövcudluğu dəqiq deyil, mümkündür ki, müəllif psevdonimlə çıxış edir. Ancaq onun mənbələrinin nə dərəcədə mötəbər olduğu yazılarından görünməkdədir-red.).
***
2013-cü il, noyabrın 26-dan etibarən Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimova MTX-in apardığı istintaq çərçivəsində müstəntiqlərə ifadə verməyə başlayıb. Rüstəm İnoyatovun (MTX-in rəhbəri) "kontorunun” müstəntiqləri Gülnarədən hərdən onun Daşkənddəki iqamətgahında, hərdən də Daşkəndin MTX-in Daşkəndin Yunusabad rayonunda yerləşən istintaq təcridxanasında ifadə alırlar. Beləliklə...
Paytaxt boyu məcburu "gəzinti”
Əvvəlcə İnoyatovun "kontorunun” müstəntiqləri Gülnarədən onun Daşkənd rezidensiyasında ifadə alırdılar. Lakin bir neçə gün sonra onlar öz sədrlərinə məruzə etdilər ki, dindirilən şəxs villasında özünü müstəntiqlərə münasibətdə olduqca aqressiv aparır.
Bu məruzədə söhbət təkcə müstəntiqlərə ünvanlanmış unikal söyüşlərdən və təhqirlərdən getmirdi, eyni zamanda Gülnarənin qabları və digər inventarı sındırması ilə müşayiət olunan isterik davranışlarından bəhs edilirdi.
"O, daim bizi söyür və suallarımıza cavabdan yayınır. Bir neçə dəfə o, bizi özünü öldürməklə hədələdi. Bu vəziyyətdə ondan ifadə almaq mümkün deyil” - deyə müstəntiqləri MTX-in rəhbəri İnoyatova məruzə etdilər.
28 noyabr, 2013-cü il tarixdə R.İnoyatov İslam Kərimovun yanına getdi və ona Gülnarənin dindirilməsi ilə bağlı vəziyyəti məruzə etdi. İnoyatov ölkə prezidentinə təklif etdi ki, onun böyük qızını MTX-nin istintaq təcridxanasında dindirmək daha münasib olar.
"Belə Gülnarənin özü üçün də xeyirli olacaq. Çünki orada özünə hansısa xətər yetirməyə cəhd göstərə bilməyəcək” - deyə İnoyatov bildirdi.
Başqa sözlə desək, Özbəkistanın "baş çekisti” özünü Gülnarə Kərimovanın həyatı üçün narahatlıq keçirən adam kimi qələmə verdi. MTX-in təcridxanasında dindirilməsini isə onun özünü öldürməsinin qarşısını almaq variantı kimi əsaslandırdı.
Kərimov bu təkliflə razılaşdı. Ona görə də noyabrın 29-da müstəntiqlər Gülnarə Kərimovanı MTX-nin İstintaq Təcridxanasına gəlməyə dəvət etdilər. Guya orada həm onun, həm də müstəntiqlərin tam təhlükəsizliyi təmin edilmişdi. Həmin vaxtdan etibarən Özbəkistan prezidentinin böyük qızı həftədə iki-üç dəfə bütün Daşkəndi dolaşaraq İnoyatovun təcridxanasının yerləşdiyi Yunusabad massivinə getməli olur, axşam isə öz rezidensiyasına qayıdır.
("Gülü bacı”nın taleyi ilə bağlı ciddi narahatlıq keçirən vətəndaşların nəzərinə: məlumat veririk ki, sizin bacınız MTX-nin təcridxanasında özünü evindəki kimi aparır, söyüş söyür və təcridxananın yerləşdiyi bütün Qvardeysk küçəsini ayağa qaldırır).
Gülnarə Kərimovadan istintaq üçün rəsmi ifadə alarkən müstəntiqlər özlərini nadir şəkildə "nəzakətli və ziyalı” aparırlar. Adi məhbuslara tətbiq olunan işgəncələr və digər təzyiq formalarından söhbət getmir. Əksinə, hərdən müstəntiqlərin "axmaq suallarından” bezən Gülnarə Kərimova müstəntiqləri və MTX sədrini elə söyür ki, özbək "çekistlərinə” diskomfort yaradır.
Əlbəttə ki, "Ququşun” MTX-nin təcridxanasına məcburi aparılması onun atasının - İslam Kərimovun razılığı əsasında baş verir. Beləliklə...
Hər şey plan üzə və plandan kənar gedir!
Beləliklə, Gülnarə Kərimovaya qarşı hərtərəfli hücum Rüstəm İnoyatovun təqdim etdiyi və İslam Kərimov tərəfindən təsdiqlənən plan üzrə gedir. Bu plana əsasən rəsmi istintaq tədbirləri noyabrın 25-dən etibarən başlayıb. Özbək xüsusi xidmət orqanları G.Kərimovanın bütün çevrəsini, ünsiyyətdə olduğu adamları təcrid ediblər.
İnternet prezidentin böyük qızını təcrid etmək mümkün olmayan yeganə sferadır. Orada Gülnarə Rüstəm İnoyatova və atasına qarşı kompromatlar yaymaqla, informasiya müharibəsi aparmaqla məşğuldur.
Özbəkistan prezidenti İslam Kərimovun Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşü də plan əsasında baş tutub. Bu görüşdə söhbət təkcə Çarco şəhərindən Xəzər dənizinə qədər yeni dəmir yolunun çəkilməsi barədə söhbət getməyib, həm də İslam Kərimovun sevimli mövzusu olan "əfqan problemi” haqda danışılıb.
Türkmənistan prezidenti ilə Daşkənddə aparılan danışıqlar zamanı Kərimov Berdıməhəmmədovdan "Taliban” rəhbərliyi ilə danışıqlarda vasitəçi olmağı xahiş edib. Çünki o, NATO-nun Əfqanıstanı tərk etməsindən sonra "Taliban”ın Özbəkistana hücum etməsindən möhkəm qorxur.
"Qurbanqulu Malikquliyeviç, Türkmənistanın həm indiki əfqan hakimiyyəti , həm də "Taliban” hakimiyyəti ilə yaxşı münasibətlərinin olduğunu nəzərə alaraq sizdən xahiş edirəm ki, münasibətlərin qurulmasına yardımçı olasınız və Əfqanıstan rəhbərliyi ilə mümkün danışıqlara vasitəçilik edəsiniz” - deyə İslam Kərimov Daşkənddəki görüşdə bildirib.
Əgər bu faktı nəzərə alsaq ki özbək hakimiyyəti çoxdan və türkmən prezidentinin vasitəçiliyi olmadan Həmid Kərzayinin hökuməti ilə əməkdaşlıq edir, o zaman İslam Kərimovun bu xahişindən bir məna çıxır: "Bizə "Taliban” rəhbərliyi ilə münasibətlər yaratmaqda kömək edin”.
Kərimov diktaturası taliblərlə barışığın siyasi vasitələrini əldə etməyə çalışır. "Özbəkistana müdaxilə etməməyin” əvəzində Kərimov özbək general, "Özbəkistanın dostu” Əbdürrəşid Dostumu "Taliban”a verməyə hazırdır (general Dostum bir neçə il əvvəl Əfqanıstanı tərk edib).
Kərimov təkcə Dostumu təhvil verməyə hazır deyil, hətta Özbəkistan İslam Hərəkatının həbsdəki üzvlərini də azad etməyə və onların Əfqanıstana getməsinə şərait yaratmağa hazırdır. Ancaq sual yaranır: taliblər İslam Kərimova 2001-ci ildə Amerikaya Özbəkistan ərazisindən "Taliban”a qarşı istifadə etməyə icazə verməsini bağışlamağa hazırdırmı?
Doğrudanmı "Taliban” lideri Molla Ömər Kərimovun 12 il əvvəlki alçaqlığını ona bağışlayacaq? Ondan soruşmayacaq ki, 2001-ci ildə Türkmənistan kimi neytral mövqe tutmağa Özbəkistana nə mane olurdu?
Əlbəttə, 12 il əvvəl İslam Kərimov ABŞ-a Əfqanıstana hücum etməyə imkan yaradanda düşünmürdü ki, dünyanın ən güclü ordusu 12 il sonra "Taliban”a qarşı qələbə qazana bilməyib Əfqanıstanı tərk edəcək.
Kərimovun gözləmədiyi hadisələrdən biri də noyabrın sonlarında onun Daşkənd ətrafındakı Durmen iqamətgahının əsas binasını yaşamaq üçün arvadı Tatyanaya və kiçik qızı Lolaya verməsidir. İslam Kərimov Prezident Aparatı İşlər İdarəsinin rəisi Zəlimxan Haydarova tapşırıq verib ki, Tatyana və Lolanın, habelə Lolanın uşaqlarının iqamətgahın əsas binasına köçürülməsini təmin etsin.
İslam Kərimov özü isə Durmen iqamətgahının qonaqlar üçün nəzərdə tutulmuş başqa binasına köçüb. Bundan əlavə, prezident mühafizə xidmətinin rəisinə və MTX-nin sədrinə tapşırıb ki, Gülnarə Kərimovanı nə Aksaraya, nə də Durmenə buraxmasın. O, hətta qızının telefon zənglərini də birləşdirməyi qadağan edib.
Bütün bunlar ötən dövr ərzində Özbəkistanın siyasi həyatında baş verən əsas hadisələr idi.
Yekunda
Məqalənin sonunda bizim materiallarımızda yer alan məlumatların mötəbərlilik məsələsinə diqqət yetirmək istərdim. Biz növbəti materialı dərc edən kimi orada yer alan fakt və məlumatların sübutu üçün dəlillər təqdim etməyi tələb edən "jurnalistlər və politoloqlar” meydana çıxır.
Bizim Kərimovlar ailəsinin Argentinaya qaçmaq planı barədə yazdıqlarımız o zaman nağıl ola bilərdi ki, Kərimovlar ya buna imkan tapmasın, ya da fikirlərini dəyişsin. Hansı ki, bu variant az ehtimal ediləndir. Bizim yazdıqlarımızı "nağıl” hesab edən özbək politoloqu Kamoliddin Rabbimov özü özbək xüsusi xidmət orqanlarının əməkdaşı olub. Onun əsas missiyası müxalifət partiyalarının toplantılarından materiallar ötürmək idi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi