08-12-2013 [21:58]
Növbəti qiymət artımı ölkənin bütün dairələrində narazılıqla qarşılanıb. Maraqlıdır ki, hökumət, 2007-ci ildəki qiymət artımını müəyyən qədər əsaslandırmağa çalışsa da, bu dəfə rəsmi qurumlar daha çox susmağa üstünlük verdilər. Ekspertlər isə hesab edirlər ki, hökumət bu günə kimi yürüt-düyü iqtisadi siyasətin iflasa uğradığını, neft hasilatının aşağı düşməsi ilə büdcədə yaranan kəsiri kompensasiya etmək üçün belə bir addım atıb. Bu səbəbdən də hər hansı əsaslandırma ilə çıxış edə bilmir.
İqtisadçı ekspert Rövşən Ağayev qiymət artımı ilə bağlı "Reytinq"ə açıqlama verərkən deyib ki, budəfəki artımla bağlı hökumətin heç bir ciddi arqumenti yoxdur və bunu əsaslandıra bilmir.
Hökumətin arqumentləri yalandır
R.Ağayevin sözlərinə görə, 2007-ci ildə baş verən kəskin qiymət artımı zamanı hökumət bahala-şan məhsulların maya dəyərinin real qiymətdən yuxarı olduğunu əsas gətirirdisə, artıq bu arqumentdən istifadə imkanları əllərindən alınıb: "Bu dəfə müstəqil iqtisadçı ekspertlər hökuməti da-nışmağa qoymadılar. Bildilər ki, "maya dəyəri yuxarıdır, qiymət aşağıdır",- bəhanəsi bu dəfə keçməyəcək. Əslində, benzinin bahalaşmamışdan öncəki qiyməti maya dəyərindən ən az iki dəfə yuxarı idi. Yəni, hökumətin 2007-ci ildə gətirdiyi arqumentlər də tamamilə yalan idi".
R.Ağayev deyib ki, benzinin qiymətində iki vacib xərc maddəsi var:
"Tarif Şurasının təsdiqlədiyi cədvələ də baxanda görərsiniz ki, benzinin topdansatış qiyməti var ki, onu neftayırma zavodları yanacaqdoldurma məntəqələrinə verirlər. İkincisi həmin qiymətin üzərinə hökumətin qoyduğu aksizlərdir. Əgər yanacaqdoldurma məntəqələrinə verilən qiymət artmış olsaydı, onda arqument gətirə bilərdilər ki, maya dəyəri yüksək olduğu üçün qiyməti qaldırmışıq. Amma görürsünüz ki, hökumət bu dəfə A-95 benzində aksizləri 100 faizdən 150 faizə qədər artırdı, digər kateqoriyadan olan yanacaqda da təxminən bu qədər artım oldu. Yəni, aksiz vergiləri 50 faizə qədər artırıldı. Aksiz vergi elə vergidir ki, onun istehsalçıya heç bir aidiyyatı yoxdur. O dövriyyə vergisidir, satan alıcıdan alır, dövlət büdcəsinə ödəyir. Belə ki, benzinin qiymətindəki artım son qəpiyinə qədər büdcəyə gedir".
Gələn il Neft Fondunun gəlirləri azalacaq
Ekspert hesab edir ki, hökumət əsaslandırsa da, əsaslandırmasa da, artım zərurəti büdcənin taleyi ilə bağlıdır: "Parlamentin təsdiqlədiyi, Prezidentin imzasını gözləyən 2014-cü il üzrə büdcə layihə-sindən aydın oldu ki, xarici neft konsorsiumunun mənfəət vergisi üzrə ödənişləri və Neft Fondu-nun transfertləri birlikdə təxminən 2,3 milyard manat azalacaq. Onun təxminən 2 milyard manatı Neft Fondunun transfertləri olacaq. Çünki gələn il Neft Fondunun gəlirlərinin azalması gözlənilir və hökumət də məcburdur ki, büdcəyə transfertin həcmini azaltsın.
Eyni zamanda, 2013-cü ildə Neft Fondu 2 milyard kəsirlə proqnozlaşdırıldı. Kəsir olduğuna görə, hökumət Neft Fondunun ehtiyatlarından da büdcəyə cəlb edib. Yəni, hökumət prosesi bu şəkildə davam etdirə bilməyəcəyini görüb Neft Fondundan transfertin səviyyəsini aşağı salaraq, qiymət artımı ilə vəziyyətdən çıxmaq yolunu seçdi. Üstəlik, xarici neft şirkətlərinin mənfəət vergisinin 300 milyon manata qədər azalacağı gözlənilir. Belə bir vəziyyətdə hökumətin başqa yolu qalmayıb".
Hökumət büdcəni inflyasiya hesabına doldurmaq istəyir
Müsahibimiz vəziyyətdən çıxış üçün hökumətin xərcləri azalda bilmədiyini də vurğulayıb. Onun sözlərinə görə, belə vəziyyətdə hökumət investisiya xərclərini təxminən 700 milyon manat azaltsa da, digər xərcləri azalda bilmədi:
"Çünki yerdə qalan xərcləri azaltmaq hökumətin özü üçün böyük problemə çevrilərdi. 2005-ci ildən bu yana hökumət hər il büdcə xərclərini 30-40 faiz artırıb. Hətta elə il olub ki, büdcə xərcləri 70 faiz artırılıb. Yəni, hökumət siyasi nüfuzunu qorumaq, əhali-ni büdcə pulları ilə ələ almaq üçün büdcə xərclərini şişirtdi. Yalnız 2009-cu ildə neft böhranı olanda büdcədə kiçik azalma olmuşdu, 2005-dən bu yana hər il artımlar edilirdi. İndiki situasiyada isə hökumət o xərcləri azalda bilmir. Çünki o xərclər ya siyasi həssas xərclərdir, məsələn, təhsil, səhiyyə, sosial müdafiə xərcləri, ya hökumətin özü üçün həyati əhəmiyyət kəsb edir (idarəetmə və hüquq-mühafizə xərcləri), ya da bunun üçün büdcə hesabına formalaşan korrupsiya həlqəsinin boğulması gərəkdir. Məsələn, mənzil-kommunal təsərrüfatına, abadlaşdırmaya, dövlət şirkətlərinin subsidiyalaşdırılmasına çəkilən xərclər. Bunun hər üçünü etmək hakimiyyət üçün çətin idi. Qeyd olunan xərcləri azaltmaq bütün mənalarda hökumətin zərərinə işləyirdi və böyük narazılığa səbəb ola bilərdi. Elə xərclər var ki, korrupsiya şəbəkəsi onun azalmasına imkan vermir. Məsələn, investisiya, kənd təsərrüfatı, mənzil istismar və bu kimi sahələrə aid olan xərclər xeyli dərəcədə korrupsiya mexanizmi üzərində qurulduğundan, hökumət onlara da toxuna bilmədi. Bu səbəbdən də qiymət artımı yolunu tutdular".
R.Ağayev qeyd edib ki, hökumət bu qiymət artımı ilə iki istiqamətdən udacaq. Aksiz vergiləri artdığından, əlavə dəyər vergisi də artacaq və hökumət iki vergi hesabına neft sektorundan itirdiyi 2,3 milyard manatın 700 milyon manatını geri almağı proqnozlaşdırır:
"Bir şey də məlumdur ki, yanacağın qiyməti artan kimi bütün məhsulların, xüsusən də gündəlik tələbat, ərzaq məhsullarının qiyməti yüksələcək. Belə vəziyyətdə təkcə neft məhsullarının deyil, digərlərinin də bahalaşması dövriyyəni artıracaq. Dövriyyə artanda isə həm sadələşdirilmiş, həm də əlavə dəyər vergisindən daxilolmalar yüksəlir. Yəni, inflyasiya hesabına hökumət büdcəni dolduracaq".
Qiymət artımı inhisarçı-məmurlara xeyir verəcək
R.Ağayevin fikrincə, indiki vəziyyətdə qiymət artımı həm də ona görə yanlışdır ki, Azərbaycan iqtisadiyyatı rəqabətli deyil: "Bizdə bütün idxal, xidmət iqtisadiyyatı, nəqliyyat sektoru inhisarlaşıb. Belə olan şəraitdə onlar da qiymətləri özləri istədiyi kimi artırırlar. Bu da inflyasiyanı 2 rəqəmli həddə çatdırır və insanların sosial vəziyyəti son dərəcədə pisləşir. Əgər ölkədə normal iqtisadiyyat olsaydı, bu qiymət artımını dəstəkləmək olardı. Amma fakt odur ki, bizdə hər bir sahə inhisarlaşıb və qiymət artımı ayrı-ayrı məmurlara, inhisarçılara xidmət edəcək".
İnsanların itkiləri kompensasiya olunmur
2014-cü ilin büdcəsində 250 milyon manata yaxın maaş, pensiya və müavinətlərin artrılmasının nəzərdə tutulduğunu da xatırladan ekspert deyib ki, bu artım infylasiyanın yarısı belə olmayacaq:
"Hökumət inflyasiyadan və qiymət artımından 1-1,5 milyard manat pulu büdcəyə cəlb edəcəksə, onun 250 milyonunu qaytaracaq. Yəni, qiymət artımına görə xərclədiyindən 5 dəfə artıq götürəcək. Bu da o deməkdir ki, hökumət əməkhaqlarının, pensiya və müavinətlərin ədalətli indentfikasiyasını aparmır, qiymətlər daha çox artır, insanların itkilərinin hamısını kompensasiya eləmir. Bax, əsas problem də bununla bağlıdır".
Bahalaşma aqrar sahədə zəlzələ effekti yaradıb
İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə eksperti Vahid Məhərrəmov isə son qiymət artı-mının kənd təsərrüfatına təsirindən danışıb.
O, "Reytinq"ə deyib ki, yanacağın qiymətinin bu şəkildə artması kənd təsərrüfatı sektorunda zəlzələ effekti yaradacaq: "2007-ci ildə enerji daşıyıcıla-rının qiymətinin artması bu günə kimi kənd təsərrüfatı məhsulu istehsalçılarının fəaliyyətinə çox ciddi təsir eləmişdi. Belə ki, o vaxtkı qiymət artımı məhsulun həm istehsalına, həm daşınmasına, həm emalına, həm də bazara çatdırılmasına ciddi problemlər yaratmışdı. Kənd təsərrüfatı məhsullarının istehsalçıları 7 il əvvəl aldıqları zərbədən ayılmamış növbəti zərbəni aldılar. Ona görə də belə demək mümkündürsə, bu dəfəki qiymət artımı kənd təsərrüfatı sektoruna zəlzələ kimi təsir elədi. Elə bilin ki, bir evi tikirsiniz, əlinizdə nə imkan, nə vəsait varsa, ora sərf edirsiniz, iş yekunlaşan ərəfədə güclü bir zəlzələ indiyə kimi qurub-yaratdığınızı alt-üst edir. Yanacağın növbəti dəfə artırılması da kənd təsərrüfatı sahəsində bu effekti verdi.
Biz fermerlərlə əlaqə saxlayır, araşdırma aparır və bilirik ki, qiymət artımının hansı sahələrə ciddi təsiri olacaq. Demək olar ki, bu qiymət artımı aqrar sektorun bütün sahələrinə çox ciddi təsir göstərəcək.
Məsələn, Gədəbəydən Bakıya kartof daşıyan 10 ton tutumu olan yük maşınının sifarişi 800 manata başa gəlirdisə, bundan sonra bu rəqəm təxminən 1000 manata başa gələcək. Üstəlik, istehsalçının becərmə müddətində xərclərinin artdığını da nəzərə aldıqda, məhsulun qiymətinin 25-30 faiz bahalaşacağını demək olar".
Kənd təsərrüfatında minimum on əməliyyatın texnikanın köməyi ilə həyata keçirildiyini bildirən ekspertin sözlərinə görə, həmin əməliyyatların da xərcləri artacaq. Taxılçılıqda, kartof və digər tərəvəz məhsullarının istehsalında ilkin mərhələdə 25-30 litrə qədər yanacaq sərf olunsa da, sonradan bunlar bir qədər azalır:
"Orta hesabla hər hektar üçün 150 litr dizel yanacağından istifadə olunur. Bundan əlavə, kəndli becərmə işində hər hektar üçün 200 litrdən artıq benzindən istifadə edir. Üstəlik, kəndlinin sahələrə gedib-gəlməsi və sair xərcləri də bunun üzərinə gəldikdə ciddi bir rəqəm alınır. Bütün bunları hesablayanda görürük ki, yeni qiymət artımından sonra kənd təsərrüfatının hər bir sahəsinin maya dəyərində 25-30 faiz artım olacaq. Eyni zamanda, hər bir kəndli, fermer özü də bir istehlakçıdır. Əgər onun aldığı məhsulun qiyməti artıbsa, o, bunu kompensasiya eləmək üçün istehsal elədiyi məhsulun qiymətini qaldırmaq məcburiyyətindədir".
Çörək və meyvə-tərəvəzin qiymətində artım olacaq
Yanacağın qiymətinin bahalaşması kənd təsərrüfatı məhsullarının, o cümlədən çörəyin qiymətində də 20 faizə qədər artıma səbəb ola bilər. V.Məhərrəmovun fikrincə, ola bilsin hökumət bir müddət hər hansı təzyiqlə çörək və çörək məhsullarının qiymətini nisbətən stabil saxlamağı bacardı: "Ancaq bu, müvəqqəti xarakter daşıyacaq. Ona görə ki, çörəyin daşınmasında avtomobillərdən istifadə olunur və avtomobillər də yanacaqla işləyir. Odur ki, benzinin qiymətinin qalxması çörəyin maya dəyərinin artmasına gətirib çıxaracaq. Digər tərəfdən, çörək üçün əsas xammal sayılan buğdanın istehsal xərclərinin artması da qiymətlərə təsir edəcək. Bizim hesablamalarımıza görə, əgər köhnə qiymətlərlə buğdanın 1 kiloqramının maya dəyəri təxminən 15-16 qəpiyə başa gəlirdisə, yeni tariflərlə bu qiymət 18-19 qəpik civarında olacaq. Əgər buğdanın daşınması və dəyirmanlara çatdırılması xərclərini də nəzərə alsaq, bu rəqəm bir qədər də artacaq".
Ərzağın qiyməti 30-40 faiz bahalaşır
V.Məhərrəmov deyib ki, qarşıdakı dövrdə qiymət artımının yeni dalğasının şahidi olacağıq. Onun fikrincə, yeni il ərəfəsində insanlar bayram bazarlığında qiymət artımını 15-20 faiz, bəzi məhsul-larda isə daha çox hiss edəcəklər:
"Ümumi ölkə üzrə ərzaq məhsullarının qiymətlərinin bahalaşma-sını 30-40 faiz diopazonda görəcəyik. Əgər hökumət zamanında bunun qarşısını almasa, ciddi problemlər yaranacaq. Bunun qarşısını almaq üçün kənd təsərrüfatına dotasiya və subsidiyaların həcmi artırılmalıdır. İnzibati yolla bunun qarşısını almaq istəsələr, bu, sosial partlayışa gətirib çıxaracaq. Əgər hökumət qısa müddətdə qiymət artımını kompensasiya etməsə, fermerlər və kəndlilər istehsaldan yayına bilərlər. Hətta onlar istehsalla məşğul olsalar, bazara indikindən baha məhsul çıxacaq ki, o da sosial partlayışın başlanğıcı olacaq. Yəni, belə demək mümkündüsə, budəfəki qiymət artımı sosial partlayışın əsasını qoya bilər".
Amma müsahibimiz subsidiyaların artırılacağına bir o qədər də inanmır. Onun qənaətincə, əgər qiymət artımı 2014-cü ilin büdcəsi təsdiq olunmazdan əvvəl elan edilsəydi, onda hər hansı irəliləyiş gözləmək olardı: "Artıq büdcə təsdiq olunub. 2014-cü ilin dövlət büdcəsində kənd təsərrüfatı məhsullarının istehsalçılarına nəzərdə tutulan subsidiyanın məbləği əvvəlki həcmdədir, o da 110 milyon manatdır. Büdcədə kifayət qədər çatışmazlıqlar var. Bu mənada düşünmürəm ki, hökumət alternativ yolla nəsə edə bilsin. Düzdür, ölkənin kifayət qədər vəsaiti var, amma bunu qanuni formada həyata keçirmək lazımdır. Prezidentin Ehtiyat Fondundan müəyyən vəsait ayrıla bilər. Ümumiyyətlə, kənd təsərrüfatını düşdüyü böhrandan çıxarmaq üçün minimum 50 milyon manat vəsait ayrılmalıdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi