Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü oldu - Moskvada + FOTOLAR
12-01-2021 [19:45]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Baş Prokurorluq bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun nümayəndə heyəti 12 yanvar tarixində Rusiya Prokurorluğunun yaranmasının 299 illiyinə həsr olunmuş tədbirlərdə iştirak məqsədilə Moskva şəhərinə səfər edib.
Səfər çərçivəsində Rusiyanın Baş prokuroru İqor Krasnovla keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi xüsusilə qeyd olunub.
Görüş zamanı Baş prokuror Kamran Əliyev bildirib ki, ölkə rəhbərliyinin siyasi kursuna uyğun olaraq prokurorluq orqanlarında genişmiqyaslı islahatlar aparılıb, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurulub, yeni idarələr yaradılmaqla ümumilikdə idarə və şöbələrin sayı 18-ə çatdırılıb.
Baş prokuror otuz ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tərəfindən azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini bildirib.
Görüş zamanı Azərbaycan və Rusiya prokurorluqları arasında imzalanmış Əməkdaşlıq haqqında 24 iyun 2019-cu il tarixli Sazişin icrası ilə əlaqədar 2021-2023-cü illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.
Tərəflər ölkələrimizin prokurorluqları arasında olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin bütün istiqamətlərdə bundan sonra da uğurla inkişaf edəcəyinə, habelə Əməkdaşlıq proqramının əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənəd olacağına və yeni perspektivlər üçün əlverişli zəmin yaradacağına əminlik ifadə ediblər.
Bundan başqa, görüşdə mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən terrorçuluq, korrupsiya cinayətləri, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında danışılıb, iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, təlim səfərləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.
Həmçinin, səfər çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib.
Görüşdə dövlət başçılarının 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının müvafiq bəndlərinin icrası, həmçinin hüquqi əməkdaşlıq mexanizmləri müzakirə edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi