Fəvvarələr meydanında benzinin bahalaşmasına etiraz, polis müdaxilə etdi - FOTOLAR

img

08-12-2013 [17:09]


16:02

Avropa Gənclər Hərəkatının Fəvvarələr meydanında benzinin bahalaşmasına etiraz olaraq keçirdiyi dinc yürüş mülki geyimli polislər tərəfindən dağıdıldı. Əməkdaşımız xəbər verir ki, 10 dəqiqə çəkən yürüşə imkan verilmədi, gənclərin əllərində rəmzi olaraq tutduqları ağ kağızlar isə zorla alıb cırdılar. Polis etirazçıların bu hərəkətini mənasız və insanların istirahət hüququnu pozmaq adlandırdı. Ümumiyyətlə, səhərdən etibarən Fəvvarələr meydanında saysız-hesabsız polis əməkdaşları və mülkilər gözə dəyirdi. Polis spontan və daha güclü mitinq olacağını hesablamışdı. Hərəkatın rəhbəri Ramin Hacılı isə jurnalistlərə açıqlamasında qeyd etdi ki, adicə sakit şəkildə gəzməyə belə imkan verilmir. Yürüş insidentsiz başa çatdı və saxlanan olmadı. 

*   *  *  *

Bu dəqiqələrdə Bakının Fəvvarələr meydanında aksiya həyəcanı yaşanır. Sosial şəbəkələrdə bu gün saat 12.00-da Azadlıq meydanında mitinq olacağı xəbəri polisi hərəkətə keçirib. 

Reportyorumuz Emil Salamoğlunun verdiyi məlumata görə, Fəvvarələr meydanında və ümumilikdə "Torqovı"da Səbayel rayon polisinin əməkdaşları, rəis müavini mitinqin başlanmasını gözləyirlər. Eyni zamanda "Azadlıq" meydanında da post-patrl maşınları keşik çəkir. 

Müxbirimiz bildirir ki, Fəvvarələr meydanı polis mühasirəsindədir. Onlar Avropa Gənclər Hərəkatının keçirəcəyi aksiyaya da hazırlaşıblar. Aksiyada benzinin bahalaşmasına etiraz bildiriləcək.

musavat.com

  • Vərəqli aksiya başa çatdı ( Yenilənib-Fotolar)  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir224/img1522074.jpg' target='_blank'>Yüklə</a>
  • Vərəqli aksiya başa çatdı ( Yenilənib-Fotolar)  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir224/img1522075.jpg' target='_blank'>Yüklə</a>














Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA