08-12-2013 [13:59]
Onun atasından sonra prezident olacağına qəti gözü ilə baxılırdı. Amma bir il içərisində ailəsinin bütün üzvləri demək olar ki, ona qarşı çıxdı. Şirkətləri bir birinin ardınca bağlandı, bank hesabları donduruldu. Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova "atamın imicinə zərər verməyəcək bir müsahibə olacaqsa razıyam”, deyərək həyatı ilə bağlı "Hürriyət”ə müsahibə verib. "Qafqazinfo” anspress-ə istinadən müsahibədən maraqlı hissələri təqdim edir:
- Özbəkistanda qurduğunuz media imperatorluğu təzyiqlərə məruz qalır. Bu vəziyyətə necə düşdünüz, sizinlə ədalətli davranıldığını düşünürsünüz?
- Əvvəlcə bir media imperiyasına sahib olduğumu demək olmaz. Son 3 həftədə özəl kanallar,radio və ictimai təşkilatlar üzərində qəribə bir təzyiq yaranıb. Bəziləri bağlandı, bəzilərinin fəaliyyəti məhdudlaşdırldı. Hər gün yeni problem çıxır. Artıq mən belə kimin başına nə gəldiyini izləyə bilmirəm.
- Bəs siz?
- 12 ildir 40-a yaxın fərqli vəqf və ictimai toplum quruluşunda işləyirəm. "Fund Forum" adı altında hamısını birləşdirmişik. Xərçənglə mübarizədən tutmuş, qadın haqları, imkanı olmayan uşaqlara təhsil vermək kimi bir çox sahədə işlər görürük. Büdcənin 90 faizi xeyriyyəcilərin hesabına yaradılır. Bu günə qədər şəxsi hesablarımda, vəqflərimin büdcələrində qanunsuzluq tapılmayıb. Amma mənə yaxın olan yardım təşkilatlarının hesabları dondurulub. Həkimlərə zorla sənəd yazdırıb xəstələri xəstəxanalrdan qaçırdırlar. Amma mənim səssiz qalmaq yerinə, səsimi çıxarmağım hamını şok etdi.
- Bütün bu zəncirvari hadisələrin başı nə idi?
- Ölkəmdə böyük dəstək görsəm də, xaricdən əleyhimə olan elə böyük bir lobbi var ki, artıq nə eşitsəm də təəcüblənmirəm. Son 10 ildə diqqət çəkən yaxşı işlərim olmasaydı məni paramparça etmək üçün üstümə bu qədər gəlməzdilər. Üstəlik bunu edənlər maliyyə cəhətdən çox güclüdürlər. İşin pis tərəfi bəzilərinin ailə üzvləri olmasıdır. Yeni seçki ili - 2015-ci il yaxınlaşdıqca işlər daha da qızışır.
- Üzərinizə gələnlər kimlərdir?
- Kimsənin duymaq ya da söyləmək istəmədiyi şeyləri deməkdən çəkinmirəm. Amma pul gücü, güc də pulu doğurur. Əmir dəmiri kəsir. Bunun üçün müsahibə vermirəm. Amma sizə istisnalıq etdim. Ümid edirəm dediklərimi olduğu kimi yayarsınız.
Yaxın ailə dostlarımız, uşaqlıq yoldaşlarım, yüksək rütbəli gizli xidmət əməkdaşlarından çoxunun nə işlərlə məşğul olduğunu bilirəm. Yaxın zamanlarda hamısı təbii qaz, taxılçılıq, rabitə.nəqliyyat, inşaat kimi sektorlarda gücləniblər. Atanmla olan problemimizə gəldikdə son zamanlar onunla mübahisə belə etməmişik. Hər şey bacım Lolanın BBC-yə müsahibəsindən sonra başladı.
O müsahibəni verməyə məcbur oldu. Bir bankdan başqasına 400 milyon dollar pul köçürməyə çalışırdı. Amma sənədlərindən birində problem olduğu üçün bunlar ortaya çıxdı. Bütün hesabları donduruldu. Bundan sonra ana-bala özlərini təmizə çıxarmaq üçün müsahibə verdilər. Cavabları atamın etibarını zədələyəcək formada idi. Amma onlar öz etibarlarına önəm verdilər. Gülnarə kimi "rəngli" xarakterlə işimiz yoxdur dedilər. Bununla bərabər mediada haqqımda inanılmaz ucuz və iyrənc iddialarla dolu məqalələr çıxmağa başladı. Qaralama kampaniyam başladı. Atamın bilmədiyi isə odur ki, əleyhimə olan bütün bu kampaniyanın Lolanın 3-cü əri Timur Tillyaev və təhlükəsizlik xidmətinin rəsmi bir necə şəxsinin işi olduğudur. Anam xalam oğlu Əkbər Abdullayevin həbsindən sonra mənim əleyhimə işləməyə başladı. Güclü lobbisi olduğu üçün 1,5 aydır nə atamı görə, nə də onunla əlaqə qura bilirəm.
-2015-ci il seçkilərində namizəd olacaqsınız?
- Əsla prezident olmaq kimi bir iddiam olduğunu deməmişəm. Bununla bağlı təşvişə düşənlər üçün qəti sözümdür. Tək etmək istədiyim şey ailəmi qorumaq və dəstəkləməkdir.
Bacım kimi özümü müqəddəs göstərmək niyyətim yoxdur. İsveçrə, Fransa kimi iş gördüyüm ölkələrdə evlərim var. Rusiyadakı evimi yenicə satmışam. Müxtəlif sərmayələrim də var.
Mən hələ də Özbəkistandayam. Problemləri həll etməyə, ehtiyacı olanlara kömək etməyə çalışıram.
- Sizi civə ilə zəhərləməyə çalışdıqlarını demişdiniz?
- 2011-ci ildə səhhətim çox pisləşdi. Keçmədiyim test qalmadı. Ən sonunda qanımda civə,gümüş və sink kimi ağır metalların normadan çox olduğu müəyyən edildi. Oğlum və mən zəhərlənmişdik. Bunları mənim uydurduğumu dedilər. Amma test nəticələrini göstərə bilərəm. Bunu kimin və necə etməsi barədə bəzi fikirlərim var. Amma arxasında kimin dayanması barədə 100 faiz əmin deyiləm.
- "Twitter" hesabınız tez-tez açılıb bağlanır. Dürüst olmaq gözəldir, amma nə üçün bütün dünyanın gözü önündə ailənizlə söz savaşına girirsiniz?
- "Twitter" mənə müstəqil və dürüst şəkildə vəziyyəti izah etməyə imkan verir. Sadəcə özümə deyil, ailəmə, mənimlə çalışanlara, onların ailələrinə qarşı məsuliyyətim var. Sadəcə Timur Tillyaev kimi haqqımda əsassız və çirkin iddialar yaynlara qarşı özümü müdafiə etdim.
Deyildiyi kimi mən nə anamı, nə də bacımı mənə cadu etməklə ittiham etmədim. Onlarla mübahisəmin səbəbi bir uşaq evinin pilləkənlərində yazılan duanı anamın mühafizəçilərinə sildirməsinin nə qədər anormal olduğunu yazmağım olub. Həyatda bəzi şeyləri seçə bilmirik. Yaxınlarımızdan bunlardan biridir. Bacım 12 ildir görüşmürük deyir. Amma 4 il öncə Parisdə bir yerdə necə yemək yemişik, necə mesajlaşmışıq biz?
- Uşaqlıq və gəncliyiniz necə keçib?
- Atam prezident olanda mənim 20 yaşım var idi. Uşaqlığımı normal keçirdiyim üçün şanslıydım. Riyaziyyat üzrə təhsil almışam. Evlənənə qədər bacımla çox yaxın idik. Amma işin içinə pul, siyasət və güc girəndə hər şey dəyişir. Qısqanclıq və həsəd ailə birliyini pozur. Atama hörmətim böyükdür. Uşaqlıda az yorulduğu üçün mənimlə daha çox vaxt keçirirdi. Mənə yanlışı doğrudan ayırmağı öyrədib.
- Ətir təqdimatınıza Halit Ergenci (red."Muhteşem Yüzyıl" serialının baş qəhrəmanı Sultan Suleyman Qanuni). Onun filmini izləyirsiniz?
- "Muhteşem Yüzyıl"ı təsadüfən izləməyə başladım. Adətən belə serialları izləməyi sevmirəm. Amma bu serialı çox bəyəndim. Siyasət hər zaman dünyadakı ən çirkin şeydir. Hər şeyi məhv edir, zərər verir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi