İtaliyanın nüfuzlu mətbuat orqanları Azərbaycanla bağlı məqalə dərc edib
12-01-2021 [12:58]
İtaliyanın nüfuzlu "Il Giornale" qəzeti, "Notizie Geopolitiche" analitik-informasiya portalı, "MSN Notizie" xəbər portalında dərc olunmuş yazılarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilmiş müşavirədə Azərabaycan dövlət baçısının 2020-ci ildə ölkədə siyasi, iqtisadi, sosial sahələrdə baş vermiş əsas hadisələr, eləcə də 2021-ci il üzrə planlarla bağlı açıqlamlarına yer verilib.
Azərbaycanın İtaliyadakı Səfirliyindən Mia.az-a verilən məlumata görə, məqalələrdə Prezident İlham Əliyevin fikirlərinə istinadən 2020-ci ilin bütün ölkələr üçün iqtisadi sahədə ağır il olduğu, amma Azərbaycanın digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxdığı, 2020-ci ildə Azərbaycanda qeyri-neft sənayesinin 11 faizdən çox artdığı, bunun da məhz şaxələndirmə hesabına əldə edildiyi və bunun real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı demək olduğu bildirilib.
Məqalələrdə Azərbaycan dövlət başçısının 2020-ci ildə ölkədə kənd təsərrüfatının 2 faiz, orta əməkhaqqı və orta pensiyaların təqribən 13-14 faiz artdığını, koronavirusla mübarizə üçün vəsaitələr xərclənsə də, müharibə aparılsa da və digər xərclər, müavinətlər və sosial paketlər olsa da ölkənin valyuta ehtiyatlarının qorunduğunu və Dövlət Neft Fondunun vəsaitinin 0,5 faiz artdığını bildirdiyi qeyd olunub.
Yazılarda Prezident İlham Əliyevin 2020-ci ilin sonunda - dekabrın 31-də Cənub Qaz Dəhlizinin tam istismara verildiyi barədə məlumat verdiyi qeyd olunub və Azərbaycan dövlət baçısının müvafiq fikirlərindən sitat gətirilib: "Onun son seqmenti olan TAP istismara verildi. Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir. Çünki Cənub Qaz Dəhlizinin təşəbbüskarı da bizik. Əsas maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək. Biz Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdik. Biz bir-birinə bağlı olan 3500 kilometr uzunluğunda 3 qaz kəmərini inşa etdik. “Şahdəniz-2” layihəsini istismara verdik və artıq Avropa istehlakçıları Azərbaycan qazını alırlar. Bu, həm onlar, həm də bizim üçün faydalıdır. Eyni zamanda, digər layihələr üzrə də uğurlu işlər aparılıb. Əminəm ki, bu layihələrin işlənməsi bizə əlavə dividendlər gətirəcək - həm iqtisadi, həm siyasi".
Yazılarda beynəlxalq qurumların Azərbaycanda gedən işlərə verdikləri qiymətlə bağlı Prezident İlham Əliyevin fikirlərinə yer verilib: "Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərini qeyd etmək istərdim. Əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında Azərbaycan ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni ki, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyası - Azərbaycan 10-cu yerdədir. Hökumətin siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer. Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yerlərdəyik. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir".
Yazılarda müşavirədə Prezident İlham Əliyevin 2021-ci ilin planlarından danışaraq dövlət investisiya planında təsbit olunmuş ənənəvi işlərlə yanaşı, azad edilmiş ərazilərdə görüləcək işlər barədə məlumat verdiyi də qeyd olunub. Bu xüsusda, birinci layihə kimi Şuşa şəhərinə yol layihəsi, Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişinin mütləq olduğu, bu sahədə işlərə artıq start verildiyi, artıq Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolunun inşa olunmağa başlandığı və bu yolun nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcəyi bildirilib.
Yazılarda müşavirədə Prezident İlham Əliyevin digər vacib layihə kimi Toğanalı - Kəlbəcər yolu layihəsinə də start verildiyini və relyefin mürəkkəbliyini nəzərə alaraq, bu yolun üstündə tunellərin tikiləcəyini, habelə Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilməsi üçün hazırlıq işlərinə başlandığını bildirdiyi və Toğanalıdan Kəlbəcərə çəkiləcək yolun Laçın rayonuna da davam etdiriləcəyini vurğuladığı, beləliklə, iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturunun yaranacağını bildirdiyi qeyd olunub.
Eyni zamanda, Prezident İlham Əliyevə istinadən Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarıldığı, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanının tikiləcəyi, Füzuli şəhərində də beynəlxalq hava limanının tikiləcəyi, bunun həm Qarabağ bölgəsinin inkişafı üçün lazım olduğu, eyni zamanda, Şuşaya gəlmək istəyən xarici qonaqların rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəkləri, aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmaların aparılmalı olduğu və aeroportun açılışından sonra qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatının təmin edilməsi üçün AZAL-ın müvafiq iş aparmalı olduğu qeyd olunub.
Yazılarda Prezident İlham Əliyevin iki beynəlxalq aeroportun Qarabağ zonasını bərpa etməyə, yüklərin daşınmasına, turizmin inkişafına kömək göstərəcəyi, eyni zamanda, insanların oraya qayıdandan sonra onların rahatlığı üçün də bunun böyük əhəmiyyətinin olacağını deməsi bildirilib.
Müşavirdə Azərbaycan dövlət başçısının bölgədə çəkiləcək yeni dəmir yolu xəttləri barədə də məlumat verdiyi bildirilib, bu xüsusda Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisinin də nəzərdə tutulduğu, bunun da Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün çox vacib olduğu, Horadiz-Ağbənd dəmir yolunun da yenidən tikiləcəyi, bu yolun Naxçıvan dəhlizini açmaq üçün xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Yazılarda müşavirədə Azərbaycan dövlət başçsının Naxçıvan dəhlizinin açılması üçün konkret işlərin getdiyi, bu dəhlizin açılmasının noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapdığı, bu yolun mütləq açılacağı və bölgəyə yeni imkanlar gətirəcəyini dediyi qeyd olunub. "Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəf müqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir", deyə Prezident İlham Əliyevin fikirlərindən sitat gətirilib.
Yazılarda Azərbaycan dövlət baçısının azad edilmiş torpaqlarda kənd təsərrüfatı məhsuldarlığının artırılması üçün suvarma işlərinin sürətlə getməli olduğunu və bu ərazilərdə ən müasir suvarma sistemlərinin təşkil edilməli olduğunu və orada su mənbələrinin də kifayət qədər çox olduğunu dediyi bildirilib.
Habelə müşavirədə Prezident İlham Əliyevin azad olunmuş ərazilərdə enerji təchizatı ilə bağlı göstərişlər verdiyi, həm ənənəvi, həm bərpaolunan enerji növlərinin həmin ərazilərdə geniş vüsət alacağını və Qarabağ bölgəsinin yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacağını dediyi qeyd olunub.
Müşavirədə Prezident İlham Əliyevin Qarabağ bölgəsinin zəngin turizm potensialı barədə də danışdığı, indidən bu bölgəyə turizm marşrutlarının işlənib hazırlanmalı olduğunu, pandemiyadan sonra bərpa ediləcək beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələrinin göstərilməli olduğunu və bu bölgənin dünya üçün çox cəlbedici bölgə kimi təqdim edilməli olduğunu dediyi bildirilib. "Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək", - deyə Prezident İlham Əliyevin fikirləri qeyd olunub.
Yazılarda Prezident İlham Əliyevin müharibənin başa çatmasından iki aydan da az vaxt keçsə də artıq çox böyük işlər görüldüyünü dediyi bildirilib. "Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir", - deyə Prezident İlham Əliyevin fikirlənə istinad olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi