Futbolçulara ARDNŞ-in benzin ayırması ortalığı qatdı - Açıqlamalar

img

07-12-2013 [21:59]


Ölkədə benzinin bahalaşmasından sonra açıqlama verən futbolçu Mahir Şükürov bunun onlara təsir etməyəcəyini deyib. Futbolçu əlavə edib ki, bahalaşma camaata təsir göstərəcək. Çünki onlara benzini Dövlət Neft Şirkəti pulsuz verir: "İstəyirlər, qiyməti lap 1 manata qaldırsınlar. Onsuz da biz yanacaq pulumuzu SOCAR-dan alırıq".

Mia.az Fanat.az-a istinadən xəbər verir ki, futbolçunun bu açıqlaması böyük rezonas doğurduğundan bu gün ARDNŞ-dən bu açıqlamaya cavab gəlib.

Qurumun mətbuat katibi Nizaməddin Quliyev deyib ki, onlar kiməsə benzin vermir: "Azərbaycan Dövlət Neft Şirkəti futbolçulara benzinə görə pul ayırmır. AFFA-ya pul ayrılır. AFFA tərəfindən həmin vəsait necə bölüşdürülür, bu məsələyə qarışmırıq".

 AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu isə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum millinin heç bir oyunçusuna benzin pulu vermir.

 "Neftçi" futbol klubunun mətbuat katibi Gündüz Abbaszadə də AFFA rəsmisinin fikrini təsdiqləyib: "Yalnız əcnəbi oyunçulara maşın ayrılır. Amma onlar da benzin pulu verilmir".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA