Ağcabədidə camaat ayağa qalxdı, sakinlər magistral yolu bağladılar

img

07-12-2013 [13:01]


Ağcabədi rayonunda sakinlər magistral yolu bağlayıblar. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, rayon sakinləri səhər saatlarına Yevlax-Beyləqan magistral yolunu, daha doğrusu "Avşar petrol"-un qarşısında yolu kəsiblər.

Sakinlərin yolu kəsmələrinə səbəb rayona elektik enerjisi və təbii qaz verilməsində müəyyən problemlər olması olub.

Ağcabədi Rayon Polis Şöbəsindən aldığımız məlumata görə, polis tərəfindən sakinlərin etiraz çəhdinin qarşısı alınıb.

Hazırda ərazidə sakitlik hökm sürür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA