"Ermənistan tərəfi tələsik bəyanat yayıb ki, Paşinyan ərazi məsələsiylə bağlı heç bir sənədi imzalamayacaq" - Moskva görüşündən 5 gözlənti
10-01-2021 [19:47]
"Rusiya, Azərbaycan və Ermənistan liderləri sabah Moskvada bir araya gələcəklər. Kremldən yayılan məlumatda deyilir ki, Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq".
Mia.az xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sabahkı Moskva görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi tələsik bəyanat yayıb ki, Baş nazir Nikol Paşinyan Moskvada ərazi məsələsiylə bağlı heç bir sənədi imzalamayacaq, yalnız kommunikasiya xətlərinin açılması və regional daşımaçılıq mövzuları müzakirə olacaq:
"Yəni bununla cəmiyyətini sakitləşdirmək istəyir ki, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımayacaq. Nikol Paşinyan Moskva görüşündə əsirlərin və meyitlərin dəyişdirilməsini də müzakirə etmək istəyir. Paşinyan bu məsələ həll olunmadan iqtisadi əlaqələrin bərpasının mümkün olmadığını vurğulayır. Elə bil ki, iqtisadi əlaqələrin bərpası Ermənistana deyil, Azərbaycana lazımdır. Əsirlərə gəldikdə, 10 noyabrdan sonra Azərbaycan hərbçilərinə atəş açanlar terrorçulardır, onlar dəyişdirilə bilməz, dəyişdirilməsi laızm bilinsə, bunun qarşılığında Dağlıq Qarabağda silahlı separatçı qalmamalıdır".
Politoloq bildirib ki, bizim də Moskva görüşündən gözləntilərimiz az deyil:
"1. Dağlıq Qarabağdakı erməni separatçıları tam tərksilah olunmalıdırlar;
2. Dağlıq Qarabağın erməni əhalisi Azərbaycan qanunları ilə yaşamalı və pasportlarımızı qəbul etməlidirlər;
3. Laçın dəhlizi 10 noyabr bəyanatına görə Rusiya hərbçilərinin nəzarətində olsa da, qanunsuz keçidlərin qarşısının alınması məqsədilə Azərbaycan sərhədçiləri Laçın istiqamətində keşik çəkməlidirlər;
4. Ermənistan Azərbaycana qarşı ərazi iddialaırndan vaz keçib Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır;
5. Zəngilanla Naxçıvan arasında dəhliz fəaliyyətə başlamalıdır.
Əlbəttə, bir görüşlə Nikol Paşinyanın bu tələblərimizin tamamını yerinə yetirəcəyini düşünmürəm. Bu halda keçmişdə “Qarabağ Ermənistandır” deyən Paşinyan Moskvadan İrəvana deyil, Qərb ölkələrindən birinə qaçıb sığınacaq istəməlidir. Buna baxmayaraq, Paşinyan və ya qeyrisi erməni cəmiyyətini tədricən Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməyə hazırlamalıdır. Əks halda, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadan bizimlə iqtisadi münasibətləri bərpasını və regional əməkdaşlığa qoşulmasını təsəvvür etmək mümkün deyil".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi