Bakıda yeni doğulan daha bir körpə öldü, ana isə reanmasiyadadır

img

06-12-2013 [23:30]



Bakıda doğum evlərindən birində yeni doğulan körpə oğlan uşağı ölüb. Hadisə 7 saylı doğum evində baş verib.

Xəstəxanadan verilən məlumata görə, bu dəqiqədə Bakı şəhəri 7 saylı doğum evində həkimlər körpəsi ölən Naxçıvan sakini, 1982-ci il təvəllüdlü Xəyalə Abdulla qızı Əsgərovanın həyatı uğrunda mübarizə aparır. Hazırda Xəyalə reanmasiyaya yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti ümidvericidir.

Hadisə yerinə 25-ci polis bölməsinin əməkdaşları da gəliblər.

Məlumata görə, bu X.Əsgərovanın ilk övladı olub və doğuş normal yolla həyata keçirilib(Anspress.com). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA