Almaniyada qaçqın statusu ilə yaşayan erməni siyasətçi deportasiya ediləcək
10-01-2021 [13:04]
2015-ci ildən Almaniyada qaçqın statusu ilə yaşayan erməni siyasətçi Kevork Almassiyan vətəndaşı olduğu Suriyaya deportasiya ediləcək.
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) məlumatında deyilir ki, erməni siyasətçinin ölkəni könüllü olaraq tərk etməsi üçün bir ay vaxt verilib.
Buna səbəb isə, onun Suriyadakı Bəşər Əsəd rejimini müdafiə etməsi, eyni zamanda ölkənin irqçi siyasəti ilə seçilən Almaniya üçün Alternativ (AFD) Partiyasından olan deputat Markus Fronhaymerin ofisində çalışmasıdır.
Məlumatda deyilir ki, K.Almassiyan vaxtı ilə Almaniyadan sığınacaq tələb edərkən, Bəşər Əsəd rejimi dəstəkçilərinin onu öldürmək istədiklərini bildirib. Ancaq erməni əsilli siyasətçi 2019-cu ildə öz “Twitter” profilində Azad Suriya Ordusuna qarşı olduğunu, Bəşər Əsəd rejimini müdafiə etdiyini açıq şəkildə yazıb.
Bundan sonra BAMF onun barəsində daxil olan məlumatı dəyərləndirib və qaçqın statusunun ləğv edilməsi barədə ötən gün qərar qəbul edib. Qərarda K.Almassiyana ölkəni könüllü tərk etməsi üçün bir ay vaxt verilməsi, əks təqdirdə zorla deportasiya ediləcəyi göstərilib.
Qeyd edək ki, A.Almassiyan Vətən Müharibəsi zamanı Almaniya və Suriya televiziya kanallarına Azərbaycan əlyehinə müsahibə və açıqlamalar verib. Dəfələrlə suriyalı muzdlu döyüşçülərin Azərbaycan tərəfdən Ermənistana qarşı döyüşməsini iddia edib.
Məlumat üçün bildirək ki, Almaniyada 2013-cü ildən bəri Suriyaya deportasiya etməmə qərarı keçən ilin dekabr ayında uzadılmayıb. Almaniyada Federal Daxili İşlər Nazirliyindən bildirilib ki, 2021-ci ildən qaçqın statusunu itirən, sığınacaq ala bilməyən və eyni zamanda Almaniyada adı cinayət işlərinə qarışan Suriya vətəndaşları ölkələrinə sürətli şəkildə deportasiya ediləcəklər/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi