Ermənistandan şok iddia: "Qarabağın bizdə qalan hissəsi üçün Zəngəzurdan Azərbaycana 2400 kv.km ərazi veriləcək"
08-01-2021 [16:09]
Ermənistan prezidenti Armen Sarkisyanın xəstələnməsi barədə barədə xəbər yayılmışdı.
Hətta onun həyat yoldaşının da yoluxmaya məruz qaldığı bildirilirdi. Amma Ermənistanda Sarkisyanın hamını aldatdığını düşünənlər var.
“Milli təhlükəsizlik” partiyasının rəhbəri Qarnik İsaqulyan mətbuat konfransında prezidentin yalan danışdığını deyib. Müxalifətçi Sarkisyanı məsuliyyətdən yayınmaqda qınayıb. İsaqulyan prezidentin bilərəkdən ortadan çəkildiyini bildirib.
“Dekabrın 24-də Armen Sarkisyan baş nazir Nikol Paşinyanla görüşərək gələcək fəaliyyətin bütün sxemini təqdim edib. Bura Paşinyanla Əliyev arasında ehtimal olunan görüş də daxildir. Həmin görüşdə Paşinyan Qarabağın bizdə qalan hissəsi üçün təzminat kimi Ermənistan torpaqlarından (təxminən 2400 kvadrat km) verməlidir”.
Partiya sədri ərazi mübadiləsi üçün Azərbaycana Ermənistanın Sünik vilayəti (Zəngəzur - red.) ərazisindən torpaq verəcəyini deyib. Onun açıqladığı rəqəmdən çıxış etsək, İsaqulyan başa-baş, bərabər prinsip əsasında torpaq mübadiləsinin nəzərdə tutulduğunu demək istəyib.
İsaqulyan dəfələrlə Paşinyanı satqınlıqda ittiham edib. Partiya rəhbəri 2020-ci ilin dekabrın ortalarında mətbuata müsahibəsində baş nazirin tez-tez Gürcüstana gedərək gizli görüşlər keçirdiyini demişdi. İsaqulyan məğlubiyyəti bütün çalarları ilə qəbul etməyən siyasətçilərdəndir. O, həmişə hansısa xəyanətkar razılaşmaların olduğunu vurğulayıb.
İsaqulyan sonradan hüquq-mühafizə orqanları tərəfindən saxlanmışdı. Onu dekabrın sonlarında Paşinyana qarşı qəsd çağırışlarına görə saxlamışdılar. Partiya rəhbəri baş nazirə qarşı bunu gerçəkləndirən şəxsə ya milli qəhrəman adı, ya da 1 milyon dollar verilməli olduğunu söyləmişdi. Ona zorakılığa açıq çağırışa görə iş də açılmışdı.
İsaqulyan hələ SSRİ dövründə Ali Sovetin deputatı olub. Müstəqillik dönəmində isə o, bir müddət prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində işləyib.
Xatırladaq ki, sərhədlərin demarkasiyası Ermənistanda böyük etirazlara səbəb olub. Dəqiqləşdirmə nəticəsində Ermənistanın zəbt etdiyi bir sıra ərazi vahidləri Azərbaycana qaytarılır. Bəzi müxalifət nümayəndələri zaman-zaman Zəngəzurun Azərbaycana verilməsi barədə gizli planın olduğunu iddia edirlər. /Bizimyol.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi