"Hamı Azərbaycanla Ermənistan arasında böyük fərqi bir daha görəcək" - Hikmət Hacıyev
07-01-2021 [17:16]
Bu gün Azərbaycan Ağsaqqallar Şurasının yeni inzibati binasının açılış mərasimi keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu münasibətlə Ağsaqqallar Şurasının üzvlərini təbrik edib.
Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyev cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verir. Azərbaycan ağsaqqalları tariximizin bütün dövrlərində öz sözlərini deyiblər. Ağsaqqallar Şurası bu gün ölkəmizin inkişafına, Prezidentimizin yürütdüyü siyasətə öz dəstəyini göstərir.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Azərbaycan ağsaqqalları yenə də öz sözlərini dedilər. Xalqımızın həmrəy olmasında ağsaqqalların vacib rolunun bir daha şahidi olduq. Ölkəmiz inkişafının yeni bir mərhələsinə qədəm qoyur. İşğaldan azad edilmiş torpaqlarımızda quruculuq, abadlıq işləri görüləcək. Beynəlxalq ictimaiyyət Azərbaycanla Ermənistan arasında böyük fərqi bir daha görəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərimiz gülüstana çevriləcək. Bu xüsusda da ölkəmizin inkişafının yeni mərhələsində ağsaqqallarımızın böyük rolunun olacağına əminik. Həmçinin regionlarda Azərbaycan ağsaqqal ocaqlarının daha da inkişaf etdirilməsi və onların cəmiyyətimizin inkişafında daha fəal rol oynamaları önəmlidir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.
Prezident İlham Əliyevin cəmiyyətimizdə ictimai birliklərin, vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dövlət orqanları yanında məşvərətçi şuraların yaradılmasına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan cəmiyyəti və mədəniyyətində ağsaqqal sözünün öz çəkisi, xüsusi yeri var:
"Biz bunu çox böyük fəxrlə deyə bilərik ki, heç bir ölkədə Ağsaqqallar Şurası institutu yoxdur. Azərbaycan bu mənada da özünün əsrlərlə formalaşmış zəngin təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşə bilər. Beynəlxalq səviyyədə sülhün, əmin-amanlığın və mədəniyyətlərarası dialoqun təşviqi prosesində Azərbaycan ağsaqqalları da öz sözlərini deyə bilərlər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Ağsaqqallar Şurası deyilən bir institut var ki, burada bizim təsisatımız fəal rol oynayır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi