Məhkəmə və polis işçilərinə xüsusi güzəştlər veriləcək

img

06-12-2013 [13:22]


Azərbaycanda məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşları üçün xüsusi sığorta güzəştləri tətbiq olunacaq.

AzVision.az-ın məlumatına görə, bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" qanuna dəyişikliklər edilməsi məsələsi müzakirə olunub. 

Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanın məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarına icbari sığorta ilə bağlı xüsusi güzəştlər veriləcək. 

Komitə sədri Ziyad Səmədzadənin sözlərinə görə, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir. Bundan başqa, dəyişikliklərdən sonra artıq qeyd olunan şəxslərin sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlərin notariusda təsdiq olunması tələb edilməyəcək. Belə ki, maddədəki müvafiq bəndlərdən tələb olunan sənədlər siyahısından "notariat qaydasında təsdiq edilmiş" sözlərinin çıxarılması nəzərdə tutulur. 

Millət vəkilləri dəyişikliklərin Milli Məclisin plenar iclasına çıxarılması haqqında qərar qəbul edib. Qanun layihəsi parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA