Şirvanda Şəhidlər Xiyabanında abadlıq-bərpa işləri aparılır - FOTOLAR
06-01-2021 [19:58]
Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur! Elə ona görə də dünyada ən şirin nemət olan canlarını torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qurban verən, qanlarıyla bu torpağı başdan-başa müqəddəsləşdirən şəhidlərimizin ruhuna hörmət etmək, onların xatirəsini ehtiramla yad etmək hər birimizin vətəndaşlıq borcudur.
Vətənin qəhrəman övladlarının torpağa qovuşduğu Şəhidlər Xiyabanı bu gün ən əziz ziyarətgahımıza çevrilib. Çünki Vətən onu qoruyan, canından əziz sayan oğullar sayəsində var olub həmişə.
Mia.az xəbəır verir ki, Şirvan şəhəri Birinci Qarabağ müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda 137 şəhid verib, 3 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun sentyabrın 27-sindən başladığı zəfər yürüşündə şirvanlılar da misilsiz şücaət göstərib. İkinci Qarabağ müharibəsində Şirvan şəhər Şəhidlər Xiyabanında daha 20 şəhidimiz dəfn edilib.
Şirvan şəhərində şəhidlərimizə, onların ailə üzvlərinə həmişə xüsusi diqqət və qayğı göstərilib. Şəhər rəhbərliyinin şəhid ailələrinin sosial problemləri ilə yaxından maraqlanması, onları vaxtında həll etməsi, şəhidlərimizin uyuduğu Xiyabanın, onların xatirəsinə ucaldılmış abidələrin, bulaqların yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir.
Artıq İkinci Qarabağ müharibəsində şəhid olanların məzarüstü abidələrinin düzəldilməsi üçün hazırlıq işləri başa çatdırılıb, məzarüstü abidələrin quraşdırılması işləri aparılır, yerə tamet plitələr düzülür. Şəhidlər Xiyabanının işıqlandırılması üçün yeni işıq dirəkləri quraşdırılır, məzarların ətrafında bardyurların düzəldilməsi işləri aparılır.
Şəhidlər xiyabanınının hasarında suvaq işləri görülür, giriş hissəsində məhəccərlər quraşdırıılır, ərazidə üzlük işləri aparılır. Xiyabanın torpaq ərazisi şumlanır, ağaclar budanır. Şəhidlər Xiyabanı ilə yanaşı ətraf ərazi də abadlaşdırılacaq, bəzək və gül kolları əkiləcəkdir.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhidlər Xiyabanında görülən işlərlə mütəmadi yaxından tanış olur, aidiyyəti üzrə tapşırıqlar verir.
Hər bir Şirvan sakini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya milli-mənəvi dəyərlərimizə, şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə göstərdikləri diqqət və qayğıya görə minnətdardır. Noyabrın 8-də Ölkə başçısının xanımı ilə birlikdə Qarabağın baş tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər Xiyabanından elan etməsi hər bir azərbaycanlıda qürur və iftixar hissi doğurur.
Şirvan sakinlərinin müqəddəs ziyarətgahına çevrilən Şəhidlər Xiyabanında aparılan yenidənqurma işləri Vətən uğrunda şəhid olanların qəlbimizdə əbədi yaşayacağına, hər zaman hörmət və ehtiramla yad ediləcəyinə əyani sübutdur.
Şəhidlər ölməz, Vətən bölünməz!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi