Milli Məclisin İqtisadi Siyasət Komitəsi toplandı

img

06-12-2013 [12:58]


Bu gün Milli Məclisin İqtisadi Siyasət Komitəsinin iclası keçirilir. Komitə sədri Ziyad Səmədzadə bildirib ki, gündəlikdə 6 məsələsin müzakirəsi nəzərdə tutulub. Birinci məsələ ” Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında”dır.

Bu qanun İslam Dünyası ilə iqtisadi əlaqələrin inkişafına xidmət edən bir qanundur. Azərbaycanın bura qoşulması onun milli maraqlarına xidmət edir. Qanunun qəbul olunması bu ölkələrlə idxal-ixrac əməliyyatlarını gücləndirəcək. Korporasiyada üzv olmaq üçün 10000 ABŞ dollarından minimum 50 səhmə malik olmalıdır. Bu korporasiya 10 ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərir. Korporasiyanın nizamnamə kapitalı 3 milyard dollar təşkil edir. Bu saziş ölkədə kiçik və orta biznesin inkişafına müsbət təsir edəcək. Qanun layihəsi müzakirə olunması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA