Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib - Nələr müzakirə olunub?
05-01-2021 [18:47]
Yanvarın 5-də yeni yaradılmış Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən Mia.az-a məlumata görə, videoformat şəklində keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarından irəli gələn məsələlər müzakirə edilib.
Əvvəlcə Müşahidə Şurasının üzvləri göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasını, inkişaf etmiş regiona çevrilməsini, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığı, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını təmin edəcək mühitin bərqərar olmasına yönələcəkdir. Bu məqsədlə ölkə Prezidentinin fərmanı ilə Fondun qarşısında ciddi vəzifələr müəyyən edilib.
İclasda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə hazırda təhlükəsizliklə bağlı məsələlərin həll olunması ilə yanaşı, ilkin infrastruktur və sosial xidmətlərin təmin edilməsi ilə bağlı vəzifələr icra olunur. Dövlət tərəfindən yol infrastrukturu qurulur, dövlət qurumları, ilk növbədə kommunal xidmət göstərən qurumların yerli bölmələri öz sahələri üzrə fəal işə başlayıblar. Vurğulanıb ki, işğaldan azad olunmuş torpaqların kifayət qədər böyük ərazini əhatə etməsi nəzərə alınaraq, burada iqtisadiyyatın bərpası çoxşaxəli yanaşmaya söykənən vahid konseptual dövlət proqramı əsasında həyata keçiriləcəkdir. Proqramın qısa müddət ərzində hazırlanması və təsdiq edilməsi nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fondu bərpa işlərinin həyata keçirilməsinə maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb edilməsi, Azərbaycanda və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsinə dəstək verəcək. Ölkə Prezidentinin fərmanı ilə Fondun əsas maliyyə mənbələri müəyyən edilib.
Müşahidə Şurasının üzvləri Fondun fəaliyyətinin şəffaflıq, ictimai açıqlıq, habelə özəl sektor və vətəndaş cəmiyyəti ilə birgə əməkdaşlıq prinsipləri əsasında qurulmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, Fond özəl sektorun işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini, layihə və təşəbbüslərini hərtərəfli dəstəkləyəcək, onlara bütün zəruri hüquqi-təşkilati dəstək göstərəcəkdir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpası prosesinə xarici investorların və beynəlxalq donor qurumlarının cəlb olunması xüsusi diqqətdə saxlanılacaq.
Müşahidə Şurasının iclasında bir sıra təşkilati-inzibati məsələlər də müzakirə olunub, Fondun tam fəaliyyətə başlaması üçün zəruri hüquqi prosedurların qısa müddətdə tamamlanması ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi