Akardan daha bir mesaj: "Biz bütün imkanlarımızla can qardaşlarımızın sonunadək yanındayıq"
05-01-2021 [13:39]
“Şanlı ordumuz yeddi iqlim, üç qitəyə sülh, əmin-amanlıq və ədalət aparan əcdadlarımızdan aldığı feyz ilə dost, qardaş, məzlum və məğdur ölkələrin əmin-amanlığı və təhlükəsizliyi üçün də mübarizə aparır; BMT, NATO, ATƏT və ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycanda, Liviyada, Kosovoda, Əfqanıstanda, Bosniya və Herseqovinada, Qətərdə, Somalidə, Sudanda və bir çox yerdə sülhə töhfə vermək üçün böyük səylə çalışır”.
Bu Türkiyə milli müdafiə naziri Hulusi Akarın Sarıqamış Şəhidlərini Anma Günü ilə əlaqədar açıqlamasında bildirib.
“Sarıqamış Hərəkatının 106-cı ildönümündə vətən, millət və bayraq uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirik.
Milli və mənəvi dəyərlər uğrunda şəhid və qazi olmağı ən yüksək mərtəbə sayan millətimiz şəhidlərimizin və qazilərimizin qəhramanlıq və fədakarlıqlarını əbədi olaraq vəfa duyğuları ilə xatırlayacaq, əziz xatirələrini sonsuzadək yaşadacaq.
Köklü və nəcabətli millətimizin bağrından çıxan və peyğəmbər ocağı olaraq da bilinən şanlı ordumuzun ən böyük ilham mənbəyi də şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq və fədakarlıqlarıdır.
Türkiyə Silahlı Qüvvələri torpağı vətən edən əcdadlarımızdan aldığı ilhamla və millətimizin sevgisi, inamı və duasından aldığı güc ilə vətənimizin, mavi vətənimizin (Türkiyənin akvatoriyası nəzərdə tutulur – Red), səmalarımızın və 83 milyon vətəndaşımızın təhlükəsizliyini təmin etmək üçün başda FETÖ, PKK/YPG və İŞİD kimi terror təşkilatları olmaqla hər cür təhdid və təhlükəyə qarşı “Ölərsəm şəhid, qalarsam qazi!” anlayışı ilə əzm və qətiyyətlə mübarizə aparır.
Sarıqamış şəhidlərini yad etdiyimiz bu anlamlı gündə “bir millət, iki dövlət” ifadəsinin xüsusi örnəyini sərgiləyən qardaş Azərbaycan xalqının Nargin adasında (indiki Böyük Zirə adası – Red) zorla saxlanılan mehmetçiklərimizə etdiyi yardımları da minnət və şükranla anırıq.
Biz də can qardaşlarımızın haqlı davalarında sonunadək bütün imkanlarımızla yanlarındayıq, azərbaycanlı qardaşlarımız ilə kədərdə və sevincdə bir və bərabərik.
Bu duyğu və düşüncələrlə Qazi Mustafa Kamal Atatürk və silahdaşlarını, Sarıqamış şəhidləri başda olmaqla bütün əziz şəhidlərimizi, əbədiyyətə qovuşan qəhrəman qazilərimizi bir daha hörmət və ehtiramla yad edir, qəhrəman qazilərimizə, şəhid və qazilərimizin dəyərli ailələrinə sayğı və təşəkkürümü bildirirəm”, - H.Akar vurğulayıb.
Qeyd edək ki, Sarıqamış hərəkatı Rusiya İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci Dünya müharibəsi dövründə, 1914-cü il dekabr ayından 1915-ci il yanvarınadək Sarıqamış bölgəsində baş vermiş döyüşdür. Döyüş Osmanlı dövlətinin böyük hərbi səhvi sonucunda Rusiya çarlığının qələbəsi, türklərin on minlərlə əsgərini itirməsi ilə nəticələnib/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi