05-12-2013 [15:31]
İnternat tipli təhsil müəssisələrinin ərzaq təminatı xidməti uzun illərdir ki, Təhsil Nazirliyinin balansındakı təhsil müəssisələrində ərzaq təminatı xidməti göstərən "Məktəbli və tələbə iaşə” Açıq Tipli Səhmdar Cəmiyyətindən alınıb.
Mia.az Movqe.az-a istinadən xəbər verir ki, bu tədris ili boyunca internat tipli təhsil müəssisələrinə ərzaq məhsullarının alınması xidmətini daha Ilham Hacıyevin rəhbərlik etdiyi "Məktəbli və tələbə iaşə” Açıq Tipli Səhmdar Cəmiyyəti göstərməyəcək.
Məlumatlara görə, Mikayıl Cabbarov təhsil naziri təyin edildikdən sonra nazirliyin balansındakı təhsil müəssisələrinin ərzaq təminatı xidmətinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərt tapşırıq verib.
Hazırda Təhsil Nazirliyinin S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının və digər internat tipli təhsil müəssisələrinin ərzaq təminatı xidməti başqa şirkətlər tərəfindən aparılır. Movqe.az-ın Satınalmalar üzrə Dövlət Agentliyindən aldığı məlumatda da bu fakt təsdiqini tapıb.
2013-cü ilin oktyabr ayının 31-dək müsabiqə əsasında keçirilmiş satın almalara dair məlumatlarda Təhsil Nazirliyinin balansındakı internat tipli müəssisələrə ərzaq məhsullarının satın alınması ilə bağlı keçirilən tenderlərdə qalib olmuş şirkətlər arasında "Məktəbli və tələbə iaşə” Açıq Tipli Səhmdar Cəmiyyətinin adına rast gəlinməyib. Bu il Təhsil Nazirliyinin internat tipli müəssisələrinin ərzaq və sair xidmətlərin satınalınması üzrə keçirilmiş tenderlərdə aşağdakı şirkətlər qalib olub.
"Məktəbli və tələbə iaşə” Açıq Tipli Səhmdar Cəmiyyətinin rəhbəri İlham Hacıyev də Movqe.az-a açıqlamasında bu faktı təsdiqləyib. Bildirib ki, artıq rəhbərlik etdiyi ASC Təhsil Nazirliyinin balansındakı internat tipli müəssisələrin ərzaq və sair xidmətlərin göstərilməsində iştirak etmir: "Bu ildən internat tipli müəssisələr bizdən alındı. İndi internat tipli müəssisələrə ərzaq və sair xidmətlər başqa şirkətlər tərəfindən göstərilir”.Qeyd edək ki, İ. Hacıyevin əvvəllər keçmiş təhsil naziri Misir Mərdanova yaxın şəxs olması ilə bağlı məlumatlar dolaşırdı. Hətta "Məktəbli və tələbə iaşə” ASC-ə əvvllər uşaq bağçalarının, təhsil müəssisələrinin ərzaq məhsulları təminatı xidmətinin həvalə olunmasında da bu yaxınlığın böyük rol oynadığı bildirilirdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi