Rektorlar memorandum imzaladı - Qafqaz Universiteti

img

05-12-2013 [14:25]


Xarici elmi əlaqələrini genişləndirən Qafqaz univeristeti bu gün Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb.

Mia.az-a universitettdən daxil olan məlumata görə, son illərdə kompyuter mühəndisliyi ixtisasları ilə yanaşı mexanika və kimya mühəndisliyi ixtisası üzrədə kadr hazırlayan Qafqaz universiteti İzmir Ali Texniki institutu ilə bu sahədə əməkdaşlıq edəcək.Həmin institutunun rektoru professor Mustafa Güdən , prorektor prof. Sedat Akkurt və həmyerlimiz 12 il orada elmi fəalyyət göstərmiş prof. Rasim Əlizadə Qafqaz universitetində olub.

Məlumata görə, nümayəndə heyyətini qarşılayan prof. Ahmet Saniç Qafqaz universitetinin elmi potensialından, planlarından iki qardaş ölkə arasında əlaqələrin inkişafında elmi əməkdaşlıöın rolundan və universitetlər arasında mühəndislik sahəsində imzalanan əməkdaşlıq protokolunun rəhbərlik etdiyi universitetin inkişafındakı rolundan danışıb.

 İzmir Ali Texniki institutunun rektoru professor Mustafa Güdən isə Qafqaz universitetinin bu coğrafiyada az müdətdə mühüm elmi nəaliyyət qazandığını, xüsusən ingilis dilində tədrisin böyük uğur olduğunu diqqətə çatdırıb. Professor Mustafa Güdən Azərbaycanda ilk dəfə Qafqaz universitetində yaradılmış texnoparkın inkişafına lazımi dəstək verməyə hazır olduqlarını, bakalavr məzunlarını magistr və doktoranturaya qəbul edə biləcəklərini qeyd edib.

 İzmir Ali Texniki institutunun prorektoru Sedat Akkurt bildirib ki, Azərbaycana ilk dəfə gəlir: "Buradakı inkişafı həmişə eşidirdim. Amma indi ölkədə gedən inkişafı və xəzər dənizini canlı gördüm. İnanıram ki, universitetlərimizin əməkdaşlığı bu inkişafa dəstək olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA