Polis generalı "Dədə Mamed" vəfat edib

img

05-12-2013 [13:11]



Azərbaycan Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi vəfat edib. 

Mia.az APA-ya istinadən xəbər verir ki, DİN-in Kadrlar İdarəsinin keçmiş rəisi, polis general-mayoru Məmməd Əsgərov bu gün vəfat edib.  

Qeyd edək ki, M.Əsgərov 2007-ci ildə daxili işlər orqanlarında xidmətin son yaş həddinə çatdığına görə təqaüdə göndərilib. Son illər M.Əsgərov "Azərpoçt” MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsində rəis müavini vəzifəsində çalışıb.

Mia.az onu da bildirir ki, general DİN sistemində "Dədə Mamed" adı ilə tanınıb.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA