ADA Universitetinin İxtisasartırma Proqramları bu il üzrə təlim kurslarını yekunlaşdırıb
29-12-2020 [15:16]
ADA Universitetinin İxtisasartırma Proqramları 2020-ci il üzrə nəzərdə tutulan təlim kurslarını uğurla başa çatdırıb. Pandemiya səbəbindən təlimlər onlayn formatda təqdim edilsə də, İxtisasartırma Proqramları dövlət və özəl sektoru təmsil edən bir çox iştirakçını bir araya gətirə bilib.
ADA-dan Mia.az-a verilən məlumata görə, ADA Universiteti cari ilin 21 sentyabr-15 dekabr tarixlərində Azərbaycanın 20-dən çox ölkədəki səfirlik və nümayəndəliklərini, nazirliklər də daxil olmaqla, müxtəlif dövlət qurumlarını təmsil edən iştirakçılara “Diplomatlar üçün Xarici Siyasət Proqramı”nı təqdim edib. 25 günlük Proqram yüksək rütbəli diplomatlardan, rəhbərlik tabeçiliyindəki diplomatik korpus əməkdaşlarından və dövlət qulluqçularından ibarət 3 fərqli hədəf qrupu üçün nəzərdə tutulub. Fərqli hədəf qruplarından olan iştirakçılar ümumilikdə 25 seminar, təlim və vebinarın iştirakçısı olublar. Proqramın xüsusilə pandemiya dövründə diplomatların peşəkar tələblərinə uyğunlaşdırılan məzmunu böhran şəraitində ictimai diplomatiya, bu şəraitdə konsulluq xidmətlərinin idarə edilməsi, kiber diplomatiya və eləcə də böhran vəziyyətində media əlaqələri mövzularını əhatə edib.
Bundan başqa, Proqram siyasi təhlilin aparılması, həmçinin iqtisadi vəziyyət, pandemiyanın enerji bazarlarına təsiri, post-pandemiya dövrünün qlobal məsələləri və dəyişən beynəlxalq nizam, bu dövr üçün aktual danışıq bacarıqları, liderlik, Davamlı İnkişaf Məqsədləri və s. mövzuları əhatə edib. Proqram məzunlarının sayı 76 nəfərdir.
İxtisasartırma Proqramlarının Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik, AlDA) ilə birgə təşkil etdiyi “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” bu ilin 5-16 oktyabr tarixlərində baş tutub. Proqram 11 Afrika ölkəsindən 14 gənc və peşəkar diplomatın iştirakı ilə həyata keçirilib. Builki Proqramın məzmunu böhran dövründə siyasi təhlil, ictimai diplomatiya və media ilə əlaqələr, hazırkı qlobal problemlər və post-pandemiya dövründə dəyişən beynəlxalq nizam, Davamlı İnkişaf Məqsədlərində diplomatiyanın rolu, beynəlxalq siyasət, ticarət və enerji məsələləri və s. mövzuları əhatə edib. Bundan əlavə, ünsiyyət və liderlik bacarıqları da tədris edilən mövzulardan olub.
Bu ilin noyabr ayında xarici diplomatlar üçün daha bir proqram – “Xəzər Hövzəsi Araşdırmaları Proqramı” uğurla tamamlanıb. Proqrama Azərbaycanda fəaliyyət göstərən səfirliklərdən və xarici beyin mərkəzlərindən 21 iştirakçı qoşularaq Xəzər hövzəsi üzrə geosiyasi maraqlar və regional təhlükəsizlik mövzuları başda olmaqla bir çox aktual məsələlər barədə biliklərini artırıblar. Xəzər hövzəsində baş verən tarixi hadisələr, yeni çağırış və perspektivlər, bölgədəki dini, siyasi və təhlükəsizlik amilləri, ticarət, nəqliyyat əlaqələri və enerji layihələri, eləcə də Azərbaycan xalqının milli mənsubiyyəti, ölkənin iqtisadi transformasiyası və inkişaf strategiyası, qaçqın və məcburi köçkün məsələləri Proqramın əsas mövzularını təşkil edib.
Yerli və xarici diplomatlar üçün bu il onlayn formatda təqdim edilən hər üç proqramda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əsas mövzulardan biri kimi ətraflı tədris edilib. Diplomatik proqramlar ADA Universitetinin idarəetmə heyətinin bəzi nümayəndələri və professor-müəllim kollektivi, xaricdən dəvət edilmiş təcrübəli ekspertlər və yerli dövlət qurumlarını, ölkəmizdəki beynəlxalq təşkilatları və diplomatik nümayəndəlikləri, biznes sektorundakı iri şirkətləri təmsil edən qonaq çıxışçılar tərəfindən tədris edilib. Xarici ekspertlərdən Malta Prezident Administrasiyasının rəhbəri Olaf Terribile, ADA-nın Malta, İsveçrə, Serbiyadakı tərəfdaş qurumu olan “Diplo Foundation”ın nümayəndəsi Vladimir Radunoviç, Mariliya Masiyel, Pavlina İtelson, Niderland Krallığındakı “Clingendael Academy”dən Ron Ton, Polşadakı Avropa Diplomatiya Akademiyasından Katarjina Pisarska proqramı tədris ediblər.
Bu proqralar diplomatları müasir dövrdə, böhran şəraitində zəruri olan bilik və bacarıqlarla təmin edir, onları uğurlu diplomatik karyera qurmağa və ya bu sahədə fəaliyyətlərini təkmilləşdirməyə təşviq edir.
İnsan kapitalının inkişafı istiqamətində ADA Universiteti dövlət sektoru ilə yanaşı, özəl sektorun da nümayəndələri üçün 10-a qədər ödənişsiz vebinar, 5 “Açıq Qeydiyyat Proqramları” və sifariş əsaslı 4 “Xüsusi Təlim Proqramları” həyata keçirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi