"Azercell Könüllüləri" və dostları uşaqların hədiyyə arzusunu yerinə yetirib
29-12-2020 [13:36]
Bu il Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni ilin gəlişini xalqımız xüsusi sevinc və fərəh hissi ilə qeyd edəcək! Bu bayramlara sevinmək isə hər bir azərbaycanlının, xüsusilə də uşaqlarımızın haqqıdır.
Məhz buna görə, “Azercell Könüllüləri” xeyriyyə təşkilatı ölkəmiz üçün sınaq və qürur dövrü olan son aylar ərzində həm böyük qəhrəmanlıq göstərmiş, həm də müharibənin çətinlikləri ilə üzləşmiş ailələrin övladlarına xüsusi qayğı ilə yanaşaraq, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının təşkilati dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə körpələrimizin ürəklərini sevindirəcək bayram aksiyasına start verdi.
Xüsusi əhəmiyyət kəsb edən məqam lider mobil operatorun öz əməkdaşlarından ibarət “Azercell Könüllüləri” qrupunun sosial çağırışının bu dəfə hər kəs üçün açıq olması idi ki, bu da istər ölkə daxilində, istərsə də xaricdə yaşayan həmvətənlərimizin bu təşəbbüsə öz qatqısını verə bilməsi ilə nəticələndi. Bir aya yaxın müddət ərzində “Azercell Könüllüləri” qrupunun Facebook səhifəsi vasitəsilə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlı uşaqların, eləcə də Bakı və Gəncədə yerləşən “SOS Uşaq Kəndləri Azərbaycan” sakinlərinin siyahısı izləyicilərin ixtiyarına verildi. Hər bir uşağın Yeni İldə almaq istədiyi özəl hədiyyənin əks olunduğu siyahıdan bu təşəbbüsə qoşulmaq istəyən hər kəs istər arzu olunan hədiyyəni seçib almaqla, istərsə də, səhifədə dərc edilən bank rekvizitləri vasitəsilə ianə etməklə öz dəstəyini göstərə bildi. Qeyd edək ki, “Azercell”in texniki tərəfdaşı olan “Ericsson” şirkətinin əməkdaşları da bu bayramqabağı xeyriyyə aksiyasının gerçəkləşməsində öz əhəmiyyətli qatqılarını əsirgəmədilər. Nəhayət, böyük qayğı ilə toplanılan bütün hədiyyələr 28 dekabr tarixində “Azercell Könüllüləri” tərəfindən uşaqlara çatdırıldı.
Eyni zamanda, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız, eləcə də qazilərimizin övladlarının da hədiyyə arzuları toplanılaraq Bakı və bölgələr boyu yüzlərlə uşağın evinə bayram sevinci gətirdi.
“Azercell Könüllüləri” və “Facebook” vasitəsilə dəstək verən dostların bu sosial aksiyası nəticəsində ümumilikdə 500-dən artıq uşaq Yeni İl arzusunun gerçək olması səadətini yaşadı.
Cəmiyyətimizin döyünən ürəyi və ümidli gələcəyi olan əziz uşaqlarımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, onlara sülh və əmin-amanlıq, bütün arzularının yerinə yetməsini diləyirik!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi