Qurban Məmmədov məhkəmədə son söz deyib

img

04-12-2013 [18:52]


Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan vəkil Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə Q. Məmmədovun vəkilləri müdafiə nitqi ilə çıxış ediblər. Onlar təqsirləndirilən şəxsin əsassız yerə həbs olunduğunu bildiriblər və bəraət verilməsini məhkəmədən xahiş ediblər. Daha sonra Q. Məmmədov son söz deyib. O da məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Qeyd edək ki, ötən proses dövlət ittihamçısı çıxış edərək, Q. Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Sonradan istintaq orqanı tərəfindən Q. Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA