Nəqliyyat Nazirliyi bahalaşma anonsu verdi: “Gediş haqqının artması qaçılmazdır”

img

04-12-2013 [17:52]



Yanacağın qiymətinin artmasından dərhal sonra ictimai nəqliyyatda gediş haqlarının da süni şəkildəartırıldığı barədəxəbərlər yayılmağa başlayıb.

Sərnişinlərləyanaşı, marşrut avtobuslarının sürüçüləri dəqiymət artımının onların işinəciddi təsir etdiyini bildirirlər. Sürücülər deyirlər ki, günərzində100 litr yanacağa 55 manat pul ödəyirdilərsə, indi bu rəqəm 70 manata çatıb. Bu isəayda 450 manatəlavəxərc deməkdir. Bəzi sahibkarların gündəlik planı 10 manat edirdiyini deyən sürücülərəlavəedib ki, bu da problemi həll etmir: "Əvvəl 90 manat verirdik, indi 80 manat olub. Amma bu da bizəsərf eləmir".

Nəqliyyat Nazirliyi problemdən xəbərdardır.Nazirliyin Mətbuat Katibliyinin rəisi Namiq Həsənov APA TV-yədeyib ki, artıq bir sıra yerlərdən gediş haqlarının süni artırılması iləbağılı müraciətlər edilib: "Yanacağın qiyməti artan gündən bizəsiqnallar daxil olmağa başladı. İlk siqnal 131 saylı marşrut xəttindən gəldi, faktla bağlı araşdırmalara başladıq vəməsələyerindəhəll olundu. Biz sakinlərdən xahis edirik ki, beləfakt olarsa, bizim qaynar xətt iləəlaqəsaxlasınlar".

Namiq Həsənov hələlik ictimai nəqliyyatda qiymətin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilmədiyini bildirib. Bununla belə, nazirlik sözçüsü yaxın gələcəkdə qiymət artımının qaçılmaz olduğunu söyləyib: "Sahibkarlar bizə müraciət edib, elə sürücülər də. Bu müraciətlər əsasında nazirlikdə araşdırmalar başlanıb".

Namiq Həsənov müraciətin nə zaman ediləcəyinin məlum olmadığını deyib, əlavə edib ki, artım 1 gün sonra da, 3 il sonra da ola bilər .

Sürücülərin ödədiyi gündəlik planın aşağı salınmasına gəlincə, Namiq Həsənov deyir ki, nazirlik bu məsələyə müdaxilə etmək səlahiyyətində deyil.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA