Azərbaycanda rüşvət verən də həbs oluna bilər

img

04-12-2013 [17:37]


Azərbaycanda rüşvət vermə ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi və yeni cəzaların tətbiq olunması gözlənilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 312-ci maddəsinə əlavə və dəyişiklik təklif olunur.

Əlavə və dəyişikliyə əsasən könüllü və ya hədə-qorxu nəticəsində rüşvət verənlər də cinayət məsuliyyətinə cəlb ediləcəklər. Yeni layihəyə əsasən mövcud maddədən aşağıdakı qeyd çıxarılacaq:

"Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir”.

Əvəzində isə maddəyə yeni əlavə olunacaq bənddə çıxarılan müddəalar cinayət məsuliyyəti kimi tətbiq olunacaq, cəzaların dərəcələri isə layihə müzakirəyə çıxarılan zaman məlum olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA