Yol polisi karantin postları ilə bağlı açıqlama yaydı
25-12-2020 [16:57]
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin hərəkət iştirakçılarına müraciət edib.
DYP-dən Mia.az-a daxil olan müraciətdə deyilir:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 14 dekabr 2020-ci il saat 00:00-dan etibarən Bakı-Quba yolunun 52-ci km-də, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də və Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən xüsusi karantin keçid postlarında nəzarət-profilaktiki tədbirlər davam etdirilir. Qeyd edilən postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən şəxslər müəyyən olunaraq nəqliyyat vasitələri ilə birlikdə geri qaytarılır və karantin rejimi qaydalarını pozan vətəndaşlar barəsində inzibati tənbeh tədbirləri tətbiq edilir.
Lakin yoxlamalar zamanı müşahidə olunur ki, bəzi vətəndaşlar SMS vasitəsi ilə icazə alıb və ya buraxılış üçün əsas verməyən sənədlərlə postlardan keçməyə, daimi qeydiyyatda olduqları şəhər və rayonun ərazisindən müxtəlif yollarla çıxmağa çalışırlar. Bununla da müvafiq icazəsi olan şəxslərin ləngimələrinə, uzun müddət növbələrdə qalmalarına səbəb olur və onlara maneçilik törədirlər. İcazəsi olmayan şəxslər karantin postlarından buraxılmayacaqlarını nəzərə alıb, uzun məsafə qət edərək postlara gəlməklə həm vaxt itkisinə yol verməsinlər, həm də əlavə əziyyət çəkməsinlər.
Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin həyat və sağlamlığının qorunmasına xidmət edir. Ümid edirik ki, hər bir hərəkət iştirakçısı şəxsi məsuliyyətini artırmaqla, sərtləşdirilmiş karantin rejimi qaydalarına ciddi riayət etməklə bu qorxunc virusun geniş yayılmasının qarşısının alınmasında öz səylərini əsirgəməyəcək".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi