Səfir Məmməd Əhmədzadə İtaliyanın nüfuzlu xəbər agentliyinə müsahibə verib
25-12-2020 [15:01]
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın nüfuzlu “Askanews” xəbər agentliyinə Azərbaycan-İtaliya strateji tərəfdaşlığı çərçivəsində 2020-ci ilin yadda qalan hadisələri və yekunlarına dair videokonfrans formatında müsahibə verib.
İtaliya Səfirliyindən Mia.az-a verilən məlumata görə, iki hissədən ibarət videomüsahibə “Askanews” xəbər agentliyi ilə yanaşı, Il Sole 24 Ore, Formiche, Affari Italiani, Quotidiano, Virgilio, Il Giornale d'Italia, Notizie Tiscali, Yahoo Style, Notizie Yahoo, Domiplay, Sports Yahoo, Timgate, Today, Rassegnastampa News və sair kimi kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.
"İtaliya-Azərbaycan tərəfdaşlığında uğurlu il" başlığı ilə yayılmış videomüsahibənin birinci hissəsində Azərbaycan diplomatı 2020-ci ilin Azərbaycan-İtaliya strateji tərəfdaşlığında böyük uğurlarla yadda qaldığını vurğulayıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya tarixi dövlət səfəri, həmin səfər vaxtı iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələri ilə əlaqədar imzalanmış 26 sənəd, xüsusilə də Prezident İlham Əliyev və Baş nazir Cüzeppe Konte tərəfindən imzalanmış “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməinə dair Birgə Bəyannamə”nin tarixi əhəmiyyəti haqqında danışıb. Diplomat, eləcə də cari il ərzində iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında danışaraq, bu xüsusda Trans Adriatik qaz boru kəmərinin tikintisi üzrə işlərin başa çatdığı, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ən böyük ixrac məntəqəsi, Azərbaycanın isə Cənubi Qafqazda italyan mallarının əsas idxalçısı olduğunu bildirib. Növbəti planlara toxunan diplomat iqtisadi sahədə bir sıra yeni layihələrin həyata keçiriləcəyi, humanitar sahədə əsas məqsədin iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət göstərəcək Bakıda Azərbaycan-İtaliya Universitetinin təsis edilməsi olduğunu deyib.
"İtalyan şirkətləri yenidənqurma işlərində" başlığı ilə videomüsahibənin ikinci hissəsində diplomat 2020-ci ilin Azərbaycan torpaqlarının Ermənistanın hərbi işğalından azad olunması kimi tarixi nəticə ilə yadda qaldığını, Vətən müharibəsi günlərində İtaliya siyasi çevrələri tərəfindən Azərbaycanla həmrəyliyin nümayiş etdirildiyini qeyd edib. Səfir müharibə bitdikdən dərhal sonra, öncə İtaliya parlamentinin əsas siyasi partiyalarının təmsilçiləri olan senator və deputatlardan ibarət nümayəndə heyətinin Azərbaycana gəlməsi, Bakı ilə yanaşı, Ermənistan ordusunun raket atəşinə məruz qalmış Gəncə şəhərinə və işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etməsini, bunun ardınca İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərabycan-İtaliya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası birgə komissiyanın həmsədri Manlio Di Stefanonun da Azərbaycana səfər edərək Ağdam şəhərini də ziyarət etməsini bu həmrəyliyin davamı kimi xarakterizə edib. Diplomat Ermənistanın hərbi işğalı vaxtı ərazilərimizin tamamilə dağıdıldığı, yerlə-yeksan olunduğu, həmin ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulması, azərbaycanlı məcburi köçkünlərin həmin ərazilərə qayıtması üçün müvafiq şəraitin yaradılması planları barədə danışıb və bunun Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsinə də böyük perspektivlər açdığını söyləyib. Bu istiqamətdə artıq ilk addım kimi İtaliyanın “Ansaldo Energia” şirkəti ilə “Azərenerji” arasında işğaldan azad olunmuş ərazilərdə 4 yarımstansiyanın təchizatı müqaviləsinin imzalandığı barədə məlumat verərək gələcəkdə müvafiq yeni müqavilələrin də imzalanacağına ümidvar olduğunu bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi