“ADA Tarix Yazır” layihəsi çərçivəsində onlayn mükafatlandırma keçirilib
24-12-2020 [19:35]
24 dekabr 2020-ci il tarixində ADA Universitetinin təşəbbüsü olan “ADA Tarix Yazır” layihəsi çərçivəsində onlayn mükafatlandırma keçirilib.
ADA-dan Mia.az-a verilən məlumata görə, tədbirdə Universitet miqyasında keçirilən layihənin noyabrın 5-də istifadəyə verilmiş bloqundakı ən yaxşı məzmunlar mükafatlandırılıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz uğrunda xalqımızın birgə yazdığı mübarizə və həmrəylik tarixini əks etdirən bu məzmunlar həm yerli, həm də xarici iştirakçılar tərəfindən göndərilib.
Tədbir zamanı Qiymətləndirmə Komitəsinin üzvləri hekayə, müsahibə, mahnı, şeir, poster, rəqəmsal görüntü, bloq postu və “Arzum Qarabağ” kateqoriyaları üzrə ən yaxşı məzmunu göndərən 20 müəllifin adlarını elan ediblər.
ADA-nın professor-müəllim heyətindən 4 nəfər məzmun sahibi də "Rol Model Olan İcma Üzvü" nominasiya üzrə mükafata layiq görülüblər. Bundan əlavə, bloqda yayımlanan və ən çox bəyənilən postun müəllifi də təltif edilib.
"Ən Uğurlu Məzmun" nominasiyası üzrə 5 məzmun müəllifinə sertifikatını onlayn şəraitdə təqdim edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev layihədə iştirak edən hər kəsə təşəkkür edib.
"Layihənin müsbət tərəflərindən biri də ölkəmizdə baş verən müharibəni, bu dövrdə yaşadığımız çətinlikləri, bir sözlə, tarixi hadisələri qeydə almasıdır", - deyə bildirən Rektor Paşayev layihənin iştirakçıları müşahidələrini qələmə almağa həvəsləndirdiyini və onların yazı qabiliyyətini təkmilləşdirdiyini qeyd edib.
19 oktyabr-17 noyabr tarixlərində keçirilən layihə çərçivəsində həm Azərbaycan, həm ingilis dillərində ümumilikdə 198 məzmun göndərilib ki, onlardan 87-si bloqda yayımlanıb. Layihə çərçivəsində yerli və xarici ekspertlər tərəfindən iştirakçıların yazı bacarıqlarını inkişaf etdirmək üçün 10 seminar keçirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi