Nazirlər Kabineti “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nı təsdiqlədi - Detallar
24-12-2020 [14:39]
Nazirlər Kabineti “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli 76 nömrəli və “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarlarında dəyişiklik edib.
Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, ölkədə elan olunmuş hərbi vəziyyət və qismən səfərbərliklə əlaqədar cari ilin sentyabr-dekabr aylarında məzun olması nəzərdə tutulan və orduya cəlb olunan ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin təhsilində bir sıra çətinliklər yaranıb.
Məlum olduğu kimi, cari ilin 27 sentyabr tarixində Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlayıb. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilmiş və bir qrup ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər ordunun komplektləşdirilməsinə cəlb olunublar. Həmin şəxslərin arasında normativ müddətdə ali və orta ixtisas təhsili müəssisələrini bitirə bilməyən bəzi tələbələr də vardır. 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin döyüşlərin dayandırılması barədə imzaladığı birgə bəyanatdan sonra həmin şəxslərin geri qayıtması nəzərdə tutulur.
Eyni zamanda qeyd etmək lazımdır ki, “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli qərarı ilə bir sıra sənədlərə dəyişikliklər edilib və tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunublar. Həmin qərarın qüvvədə olma müddəti oktyabr ayının 1-nə qədər olub. Lakin, bir qrup tələbələr, o cümlədən hərbi vəziyyət və qismən səfərbərliklə əlaqədar cari ilin sentyabr-dekabr aylarında məzun olması nəzərdə tutulan və orduya cəlb olunan ali və orta ixtisas təhsili müəssisələri tələbələri, məlum səbəblərdən həmin müddətdə yekun dövlət attestasiyadan keçə bilməyib.
Nazirlər Kabinetinin qeyd olunan qərarı qüvvədən düşdüyünə görə və qismən səfərbərlik nəticəsində orduya cəlb olunmuş şəxslərin təhsil problemlərinin aradan qaldırılması ilə əlaqədar aşağıdakı qərarlarda dəyişiklik edilməsi zərurəti yaranıb:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”.
Qeyd olunan normativ sənədlərdə təklif edilən dəyişikliklərin qəbul olunması ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrində buraxılış kurslarında təhsil almış, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış və müəyyən səbəbdən yekun dövlət attestasiyasından keçməmiş, qismən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılan hərbi vəzifəli tələbələr təhsil müddətində əldə etdiyi nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqlar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi