ADA Universitetinin Aİ məsələləri üzrə Bilik Mərkəzi Qarabağ mövzusunda onlayn seminar keçirib - FOTOLAR
24-12-2020 [12:46]
22-23 dekabr tarixlərində ADA Universitetinin Aİ məsələləri üzrə Bilik Mərkəzi “GCRF-COMPASS” layihəsi çərçivəsində onlayn seminar təşkil edib.
Universitetdən Mia.az-a verilən məlumata görə, “Qarabağ münaqişəsi və regional güc tarazlığına təsirləri” mövzusunda keçirilən seminar Qarabağ münaqişəsinin regiona təsirinə və 44 günlük müharibədən sonra regiondakı geosiyasi dəyişikliyin müzakirəsinə həsr olunub.
Seminarın ilk günü ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və İngiltərənin Kent Universitetinin professoru Yelena Korosteleva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və ABŞ-ın Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Birgə Araşdırmaları Proqramı Mərkəzininin nümayəndəsi Svante Kornel çıxış ediblər. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzə və Türkiyənin Orta Şərq Texniki Universitetinin professoru Ayça Ərgün da çıxışçılar arasında yer alıblar. Seminarda Qərb dövlətlərinin, Türkiyə və Rusiyanın Cənubi Qafqaz üzrə strategiyaları müzakirə edilib.
Tədbirin moderatoru prorektor Fariz İsmayılzadə ADA, Kent və Kembric Universitetlərinin birgə tərəfdaşlığı çərçivəsində keçirilən seminarın bölgə üzrə builki yenilikləri analiz etmək üçün yerli və xarici mütəxəssisləri bir araya gətirdiyini bildirib.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzə Cənubi Qafqaz bölgəsinin ABŞ-ın yeni administrasiyasının siyasi gündəmində vacib yer tutacağına ümidvar olduğunu bildirib.
Seminarın ikinci günü yerli və xarici ekspertlər Qarabağ müharibəsinin regiona siyasi təsirlərini müzakirə ediblər. ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Birgə Araşdırmaları Proqramı Mərkəzininin baş elmi işçisi Mamuka Tseretelli, ABŞ-ın Hudson İnstitutunun baş tədqiqatçısı Maykl Doran, Pakistanın Müdafiə jurnalının Geosiyasət və İqtisadiyyat bölməsinin direktoru Mehmud əl-Həsən Xan və ABŞ-ın İrs Fondu yanında Xarici Siyasət Araşdırmaları üzrə Allison Mərkəzinin direktoru Lyuk Koffi mövzu ilə bağlı çıxış ediblər.
Hudson İnstitutunun baş tədqiqatçısı Maykl Doran Qarabağ münaqişəsinin həllinin bölgənin tarixi dəyişim prosesində mühüm mərhələ olduğunu qeyd edib.
İrs Fondunun Allison Mərkəzinin direktoru Lyuk Koffi deyib ki, ABŞ-ın Gəncə şəhərində Baş Konsulluğunun açılması ABŞ-Azərbaycan əməkdaşlığının inkişafı üçün əsas yollardan biri ola bilər.
Onlayn tədbirə beyin mərkəzlərini, universitetləri və müxtəlif qurumları təmsil edən 100-dən çox yerli və xarici iştirakçı qoşulub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi