Kolumbiya mətbuatında Qarabağ bəyanatı barədə danışılıb
24-12-2020 [10:13]
Kolumbiyanın “Valaguela.com” (“Azərbaycan dünyada tolerantlıq modeli”) və “Planesymas.com” (“Azərbaycanı yaxından tanı”) xəbər portallarında səfir Məmməd Talıbovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və Ermənistanın son hərbi təcavüzü barədə videomüsahibəsi yayımlanıb.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Mia.az-a verilən məlumata görə, münaqişənin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi ilə başladığını bildirən səfir Dağlıq Qarabağ və yeddi ətraf rayonla birlikdə Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal edildiyini və bu ərazilərdə yaşayan 1 milyona yaxın azərbaycanlı əhalini oradan qovduğu barədə məlumat verib.
Ermənistanın münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz azad etməsini tələb edən qətnamələrə məhəl qoymayaraq müxtəlif vaxtlarda təxribat xarakterli addımlar atdığını, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini tamamilə pozduğunu, 27 sentyabrdan etibarən isə növbəti təcavüz cəhdinə əl atdığını qeyd edən səfir Ermənistan tərəfinin beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini pozaraq dinc əhalinin məskunlaşdığı əraziləri bombardman etdiyini söyləyib. Nəticədə Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində ərazi bütövlüyümüzü bərpa etmək üçün əks-hücum əməliyyatları aparmağa başladığını qeyd edən səfir, 44 gün davam edən müharibə nəticəsində torpaqlarımızın erməni işğalçılarından azad edildiyini həmçinin Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanatla atəşkəsin elan edildiyini, razılaşmaya uyğun olaraq bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini və razılaşmanın müddəalarının icrasına nəzarət məqsədilə Rusiya və Türkiyənin daxil olduğu birgə monitorinq mərkəzinin yaradıldığını söyləyib.
Səfir Azərbaycanın müxtəlif dini mənsubiyyətə və irqə aid olan insanların daim birgə, sülh şəraitində yaşadığı bir yer olduğunu və məhz bu səbəbdən Roma papası Fransisko tərəfindən bütün dünya üçün tolerantlq modeli adlandırıldığını söyləyib və bu xüsusda, digər xalqlar kimi Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin də azərbaycanlılarla birgə dinc yaşaya biləcəyini və beləcə, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin bərpa olunmasına şərait yaranacağını bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi